Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Misra Misra

İlqar Fəhmi

Yorumlar ve İncelemeler

Tümünü Gör
128 syf.
7/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
*** Sevirəm mən səni, şiddətli yağışçün sevirəm, Səni tufanlı soyuq şaxtalı qışçün sevirəm. Səni qarçün sevirəm. Və baharçün sevirəm. Sevirəm mən səni, şimşəklə küləkçün sevirəm, Səni sahildə donan çılğın ürəkçün sevirəm. Səni bizçün sevirəm. Və dənizçün sevirəm. Sevirəm mən səni, bir isti nəfəsçün sevirəm, Səni titrək, həyəcanla dolu səsçün sevirəm. Səni odçün sevirəm. Və buludçün sevirəm. Sevirəm mən səni, bu dar küçələrçün sevirəm, Səni tünd qəhvə əti ətirli gecələrçün sevirəm. Səni hər gün sevirəm. Və şəhərçün sevirəm... Sevirəm mən səni, bir səssiz otaqçün sevirəm, Səni misraların altında varaqçün sevirəm. Səni sözçün sevirəm. Təzə gözçün sevirəm...
Misra Misra
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201822 okunma
Reklam
128 syf.
·
Puan vermedi
·
32 günde okudu
Şeirin də gərək tək Rəbbi ola
Müxtəlif vəznlərdə şerlərdən ibarət bu kitabın ədəbiyyat yönünü bəyəndim. Kitabı mənə hədiyyə edən Sahhafçı qardaşıma təşəkkür edirəm. Ancaq oxuyarkən bir şeyi hissetdim ki, müəllifin dini qafiyədir. Qafiyəyə uyanda Rəbbinə şükredir, Qafiyəyə uymayanda (əksi uyanda) həyata küfredir. Rəbbinə isyan edir. Məncə şairin də gərək qırmızı xətti ola. Gərək hərşey məqsədyönlü ola. Qısacası ədəbiyyat olaraq gözəl idi. Hətta bu mənada öyrəndiyim. Şeylər də oldu. Gözəl işlənmiş fikirlər də var idi. Ancaq hər yerdə tutarlı deyildi.
Misra Misra
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201822 okunma
128 syf.
·
Puan vermedi
İtib könlüm quşu, yəqin, gəzir canan olan yerdə. Çünki adətdəndir dolaşmaq xəstəyə loğman olan yerdə. Dedilər dün gecə canan veribdir qətlimə fərman. Kim etməz canını qurban,bu cür sultan olan yerdə. Gözümdən axmasa qan-yaş, sənə olmazdım aşiq kaş. Düşəydi başıma bir daş, sənə heyran olan yerdə.
Misra Misra
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201822 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.