Mən Dəliyəm

Səfa Mehdi

Sözler ve Alıntılar

Tümünü Gör
Düşünürəm, bəzi şeylər mütləq əlçatmaz qalmalıdır, misal üçün sənin ilahiləşdirdiyin adamları uzaqdan seyr etmək kimi. Qəti yaxınlaşmaq olmaz, yaxınlaşdıqca adiləşəcək, adiləşdikcə ilahiliyini itirəcək.
Bu günlərdə daha çox öyrəndim ki, sevgi bahalı restoranlarda, bəzək-düzəkli daş-qaşlarda, dəbdəbəli maşınlarda deyil, sevgi balaca işıldayan bir cüt gözdə, qırış bağlamış əllərdə, dən düşmüş tellərdə, yardım edən qollardadır. Qucaqlamaq üçün böyük ürək lazımdır, qollar sonrakı məsələdir... Yardım etmək üçün sənin əlində olan bir tikə çörəyi bölə bilmək lazımdır, milyonlarla pul sonranın işidir. Ağlamaq üçün mərhəmət lazımdır, göz yaşları sonrakı işdir. Gülümsəmək üçün geniş ürək lazımdır, dodaqlar sonrakı işdir.
Reklam
"Unutduğunu sayarlar, bağışladığını hiss edərlər, amma bir musiqi hər şeyi yenidən yada salar, bir küçə bütün gününü məhv edər, bir söz ox olub ürəyinə batar, bir xatirə adamın gözünü çıxarar..."
İnsanlar tək qalmaqdan qorxduqları üçün çox zaman ailə qurarlar. Mən isə belə düşünmürəm, adamlar təkliyini belə bölüşə biləcəyi adamla ailə qurmalıdır.
Axmaqlar nə bağışlayar nə də unudar.. Saflar bağışlayar və unudar...Ağıllılar isə bağışlayar, amma əsla unutmaz.. Hə, bir də dəlilər var, unutduğunu sayarlar, bağışladığın hiss edərlər, amma bir musiqi hər şeyi yenidən yada salar, bir küçə bütün gününü məhv edər, bir söz ox olub ürəyə batar, bir xatirə adamın gözünü çıxarar, milyon dəfə isə öz-özlüyündə ondan küsüb barışarlar, xırda sözü bütün günü düşünərlər.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.