Mən Dəliyəm

Səfa Mehdi

Mən Dəliyəm Gönderileri

Mən Dəliyəm kitaplarını, Mən Dəliyəm sözleri ve alıntılarını, Mən Dəliyəm yazarlarını, Mən Dəliyəm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hər nə olsa da, işıqdır gözləmək, ən pisi gözləyəcəyin bir şeyin olmamasıdır.
Sayfa 292Kitabı okudu
Bəzi insanlar o qədər kasıbdır ki, sahib olduqları şey ancaq puldur.
Sayfa 289Kitabı okudu
Reklam
Qucaqlamaq üçün əsas ürək lazımdır, qollar sonrakı məsələdir.
Sayfa 236Kitabı okudu
Mən sevgi uğrunda mübarizə aparmıram, mən mübarizəmi belə sevgi ilə aparıram.
Kiçik yaşlarımda öyrətdilər mənə - dizim qanadıqda nə etmək lazım olduğunu. Dişlərimi gündə 2 dəfə fırçalamağımı, saçlarımı daramağımı, yeməkdən öncə əllərimi yumağımı, qabında yemək saxlamamağımı. Çox gec yatmamağı, səhərlər tez durmağı. Bütün qaydaları öyrəndim. Lakin böyüdükcə anladım ki, bəzən bizə öyrədilən qaydalar kifayət etmir. Böyüdükcə dizimdən daha dərin yaralar aldım, yemək yeməyəcək hallara düşdüm, gündə iki dəfə dişlərimi fırçaladıqda beynimdə mənə əzab verən cavabsız sualları yuyub apara bilməyəcəyimi anladım. Bəzi gecələr sadəcə bəziləri üzündən yatmamağımı, bəzi səhərlərin sadəcə açılmamağını istədiyimi dərk etdim...
Əgər bir heyvanı sevsəniz, bütün həyatı boyu sizi sevər. Yox, əgər bir insanı sevsəniz, nə edəcəyini mən də bilmirəm. Çox qəribədir, həyatım boyu hansısa it məni dişləmədi, amma zaman-zaman üstümə hürən adamlar oldu. Bir göyərçin məndən çox yüksəkdə uçduğu üçün özünü məndən üstün tutmadı. Bal verən arı heç zaman qarşılığında gül istəmədi. Hansısa qarğa yaşda böyükdür deyə, həyatıma müdaxilə etmədi. Bir inək südünə su qatıb məni aldatmadı. Bir sərçə taxtaya rezin taxıb mənə daş atmadı. Bir dovşan silaha güllə doldurub adam ovlamadı. Bir delfin bir insanı sudan çıxardı, bir insan delfini hovuza salıb pul qazandı. Hər nə etdisə, insan etdi; hürdü, qapdı, göylə getdi, qopartdı, tükətdi, azaltdı, aldatdı, kəsdi, doğradı, doymadı...
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.