Mən Şirin Ləhcəli Bir Bülbüləm

Mikayıl Müşfiq

Mən Şirin Ləhcəli Bir Bülbüləm Quotes

You can find Mən Şirin Ləhcəli Bir Bülbüləm quotes, Mən Şirin Ləhcəli Bir Bülbüləm book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Al bayrak, ay yıldız
Günəş ipək tellərinin sarımtraq rəngini Səhər çağı dalğa-dalğa hər tərəfə yayırkən Gətirirəm xəyalıma bir al bayraq rəngini. Düşünərək derəm, bu da, əvət bir sabah erkən Bir dünyanın göylərində günəş kimi hər səhər Parlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər. Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara Hər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram. Şən gecələr ay işığı düşürkən yamaclara Şuraların ellərdəki kölgəsini anıram. Dilbər sular dalğasına dənizlərdə, göllərdə Oxuyaram yeni həyat sevdasilə çırpınan, Əskiliyə üsyan edən könülləri hər zaman. Yorğun-arğın karvanilə səhralarda, çöllərdə Bəzi gecə yarı yolda qalanları dinlədim, - Hankı şeydir yolçulara nicat verən? - söylədim. Birağızdan dedilər ki, dan yeri, dan ulduzu! Sordum, bundan gözəli yoxmu parlayanların? Dalğalandı qarşımda o vaqıt bu diyarın Al bayrağa sığınmış könül açan ulduzu.
Sənin gözlərinmi gənclik bağında, Yoxsa nərgizlərin sayrışıb oynar? Yoxsa çıxılmayan eşqin dağında Ömrümün dirilik çeşməsi qaynar? O qara gözlərin deyil parlayan, Ulduzlar içində gecələrimdir! Bəlkə də ruhuma aydınlıq yayan Bir sərin,ziyalı,yaz səhərimdir. Qoy desin dünyanın el aşıqları Bu şövqü kim mənim ruhuma yaydı, Donardım, gözünün şən işıqları Qəlbimin camında qırılmasaydı.
Sayfa 175Kitabı okudu
Reklam
Sənin gülüşlərin yaz səhərindən Hissimə, fikrimə sanki rəng alır. Gül ki, şeirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır .
Sayfa 177Kitabı okudu
İçində bəslədiyi müvəbbəd qüdrətilə Bir quşsa qanad açdı ağ çadralı göylərə.
Üzün şəfəqlənir mən ah çəkincə, Çünki od qızarar əsincə ruzgar. Hər şeyin axırı heçdirsə, məncə, Sənin gözəlliyin getdikcə artar. Çevirib üzünü nərəyə dönsən, Könlümün gözləri düşər ardına, Çünki təbiətdən öyrənmişəm mən, Günəbaxan baxar Günəş yurduna.
Sayfa 213Kitabı okudu
Dostlar, baxın bir yuxarı, Göydə ulduz salxımları, Sıxın, için şərab kimi!
Reklam
379 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.