Mən Şirin Ləhcəli Bir Bülbüləm

Mikayıl Müşfiq

Mən Şirin Ləhcəli Bir Bülbüləm Sözleri ve Alıntıları

Mən Şirin Ləhcəli Bir Bülbüləm sözleri ve alıntılarını, Mən Şirin Ləhcəli Bir Bülbüləm kitap alıntılarını, Mən Şirin Ləhcəli Bir Bülbüləm en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Al bayrak, ay yıldız
Günəş ipək tellərinin sarımtraq rəngini Səhər çağı dalğa-dalğa hər tərəfə yayırkən Gətirirəm xəyalıma bir al bayraq rəngini. Düşünərək derəm, bu da, əvət bir sabah erkən Bir dünyanın göylərində günəş kimi hər səhər Parlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər. Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara Hər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram. Şən gecələr ay işığı düşürkən yamaclara Şuraların ellərdəki kölgəsini anıram. Dilbər sular dalğasına dənizlərdə, göllərdə Oxuyaram yeni həyat sevdasilə çırpınan, Əskiliyə üsyan edən könülləri hər zaman. Yorğun-arğın karvanilə səhralarda, çöllərdə Bəzi gecə yarı yolda qalanları dinlədim, - Hankı şeydir yolçulara nicat verən? - söylədim. Birağızdan dedilər ki, dan yeri, dan ulduzu! Sordum, bundan gözəli yoxmu parlayanların? Dalğalandı qarşımda o vaqıt bu diyarın Al bayrağa sığınmış könül açan ulduzu.
Sənin gözlərinmi gənclik bağında, Yoxsa nərgizlərin sayrışıb oynar? Yoxsa çıxılmayan eşqin dağında Ömrümün dirilik çeşməsi qaynar? O qara gözlərin deyil parlayan, Ulduzlar içində gecələrimdir! Bəlkə də ruhuma aydınlıq yayan Bir sərin,ziyalı,yaz səhərimdir. Qoy desin dünyanın el aşıqları Bu şövqü kim mənim ruhuma yaydı, Donardım, gözünün şən işıqları Qəlbimin camında qırılmasaydı.
Sayfa 175Kitabı okudu
Reklam
İçində bəslədiyi müvəbbəd qüdrətilə Bir quşsa qanad açdı ağ çadralı göylərə.
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! Gözlərin misaldır axan çaylardan, Kirpiyin oxlardan, qaşın yaylardan. Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm, səndən küsmərəm!
Sayfa 202Kitabı okudu
Dostlar, baxın bir yuxarı, Göydə ulduz salxımları, Sıxın, için şərab kimi!
Ey hənuz gəncliyinin dəmlərini yaşıyan, Qəlbində gur dalğalı çağlayanlar daşıyan, O səksən yaşlı qadın yaşamaq istiyorkən Bilməm niçin həyatdan uzaqlaşmadasın sən?
Reklam
378 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.