Məndə Sığar İki Cahan

İmadəddin Nəsimi

Məndə Sığar İki Cahan Quotes

You can find Məndə Sığar İki Cahan quotes, Məndə Sığar İki Cahan book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Cənnət gülü...
Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam, Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm, Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm. Qara qaşın hilalını gözümdən ta bəid etdin, Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm. Saqahüm rəbbühüm gəldi dodağından xəbər cana. Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm. Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırma
Reklam
Sənǝma, üzün gülündən gülə-gülə gül utandı, Xəcil eylǝdi dodağın şəkəri, nabatı, qəndi. Qara qaşların yayından mana kirpik oxun atar, Ala gözlərin məgər kim, yenə qanıma susandı. Sitǝm etmək ilə haşa ki, könül usana səndən, Kimə aydayım ki, anın sitəmində can usandı. Gözünü düzüb süzərsən, dilü cana qəsd edərsən, Bu nədir ki, sən qılırsan, çəlǝbim, bəgim, əfəndi? Nə bahaya qiymət etsəm səni, ey şikari-dövlət Ki, cahan mǝtahi dəyməz qılına saçın kəməndi. Dünü gün iki gözümdən axıdır ənar danǝ, Cigərim qanilə gör kim, bu yüzüm nə xoş boyandı. Qara sünbülün niqabı ki, hicabı düşmüş aya, Götür, ey sənəm, üzündən ki, Nəsimi oda yandı.
Könlümün şəhrini çün kim, eylədi yağmayi-eşq, Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq. Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi, Halıma həmdəm olandan dünyada sevdayi-eşq. Qalmadı namusü namım eşq içində zərrəcə, Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq. Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam, Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq. Sən humayun laməkansan, kəndözündən bixəbər, Gəlmədin ta kim, görəsən mənzili-ə'layi-eşq. Çıx qəfəsdən, gǝlgil, ey bülbül, gülüstan seyrin et, Bas qədəm meydani-eşqə görəsən mə'vayi-eşq.
Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm...
Dərisi soyularkən qan itirən şairin saraldığını görən ruhanilər istehza ilə soruşurlar: - Sən ki həqsən, bəs niyə rəngin sarıdır? Nəsimi: - Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş batanda saralar, - deyə cavab verir. Bu rəvayətdə belə bir qeyd də var ki, guya şairin ölümünə fitva verən ruhani demişdir: - Bu o qədər məlundur ki, onun qanından hara düşsə kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb edir. O isǝ: - Mən sözgəlişi demişəm, - cavabını verir. Bu zaman al qan içində olan şair: "Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz" - deyərək ölür.
Tutdu gülzari-cahanı ǝbri-gövhərbar bar, Bar darǝd ǝbri-neysan yüz şǝqayiqvar var. Var, nəzər qıl, gör nədir əz qüdrəti-səbbağ bağ, Bağ içində yanadır hər guşədə gülnar nar. Nari-gül yandırdı bülbülnü ki, qəmpərvərd vərd, Vǝrd üçün daim dolanır guşeyi-gülzar zar. Z'arzuyi-lalə sərv azad olur piruz ruz, Ruzü şǝb gülşəndə dutmaz cüz gül əz dəyyar yar. Yar əgər zülfün çəkərsə gər dərü badam dam Yar Damə düşgü sünbül olğu nafeyi-tatar tar.
Reklam
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.