Məndə Sığar İki Cahan

İmadəddin Nəsimi

Quotes

See All
Cənnət gülü...
Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam, Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
Bende sığar iki cihân, ben bu cihâna sığmazam. Cevher-i lâmekân benim, kevn ü mekâna sığmazam
Reklam
Axır-zamanın fitnəsi şol gözləri şəhla imiş, Gəl düş anın sevdasına, gör kim, nə xoş sevda imiş. Eşqində məhv oldu cahan, hüsnündə heyran oldu can, Ey küntə-kǝnzin gövhəri, eşqin əcəb dərya imiş. Düşdü saçın zəncirinə aşüftə könlüm, neyləsin, Zəncirə düşməkdir işi hər qanda bir şeyda imiş.
Tutdu gülzari-cahanı ǝbri-gövhərbar bar, Bar darǝd ǝbri-neysan yüz şǝqayiqvar var. Var, nəzər qıl, gör nədir əz qüdrəti-səbbağ bağ, Bağ içində yanadır hər guşədə gülnar nar. Nari-gül yandırdı bülbülnü ki, qəmpərvərd vərd, Vǝrd üçün daim dolanır guşeyi-gülzar zar. Z'arzuyi-lalə sərv azad olur piruz ruz, Ruzü şǝb gülşəndə dutmaz cüz gül əz dəyyar yar. Yar əgər zülfün çəkərsə gər dərü badam dam Yar Damə düşgü sünbül olğu nafeyi-tatar tar.
Dildarə müştaq oldu can, anın camalın arzular, Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular. Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necə Canım susamışdır, ləbin abi-zülalın arzular. Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini, Gər gözlərin gerçəkləyin anın xəyalın arzular. Corxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər, Neçün ki, üzün bədrivü qaşın hilalın arzular. Aşiqlərin azarına gör kim necə bel bağlamış, Sol bivafa aşiqlərin neçün vəbalın arzular. Çin nafəsindən bezdi can, ənbərdən usandı könül, Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular. Yarǝb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim, Gördükcə anın üzünü, günəş zəvalın arzular. Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müşaqə kim Sol ruhi-qüdsün məntiqi şirin məqalın arzular. Eşqində qurban olduğun istər Nəsimi, sor nədən, Sol mə'nidən kim, dünyada hər şey kamalın arzular.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.