Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məni Heç Vaxt Tərk Etmə

Kazuo Ishiguro

Məni Heç Vaxt Tərk Etmə Sözleri ve Alıntıları

Məni Heç Vaxt Tərk Etmə sözleri ve alıntılarını, Məni Heç Vaxt Tərk Etmə kitap alıntılarını, Məni Heç Vaxt Tərk Etmə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Beləcə, gözləyirsən, nəyi gözlədiyini bilməsən də, həqiqətən başqalarından fərqli olduğunu dərk edəcəyin anı gözləyirsən.
Bunu deyən kimi səhv etdiyimi anladım, bu iki adı çəkənədək Rutu küncə sıxışdırsam da, artıq əlimdən buraxmışdım. Bu, şahmat oyununa bənzəyir, əlini fiqurdan götürən kimi səhv etdiyini anlayırsan və hələ başına gələcəklərin miqyasını bilmədiyin üçün qorxuya düşürsən.
Sayfa 151Kitabı okudu
Reklam
Bu, şahmat oyununa bənzəyir, əlini fiqurdan götürən kimi səhv etdiyini anlayırsan və hələ başına gələcəklərin miqyasını bilmədiyin üçün qorxuya düşürsən.
Sayfa 151 - Teas Press NəşriyyatıKitabı okudu
Biz əsərlərinizi sizin ruhunuzu aşkara çıxarmaq üçün toplayırdıq. Ya da daha dəqiq desək, bunu, ümumiyyətlə ruhunuzun olduğunu sübuta yetirmək üçün edirdik.
Sayfa 313Kitabı okudu
İndi mən də burada dayanmışdım, xeyli gözlədim, uzaq üfüqdə kiçik bir fiqur peyda oldu. Yaxınlaşdıqca Tommi olduğunu gördüm. O, əl eləyir, bəlkə də məni çağırırdı. Xəyallarım bundan irəli getmədi - getməyə qoymadım. Gözümdən yaş axmağa başlasa da, hönkürmədim, özümü itirmədim. Sadəcə bir qədər gözlədim, sonra maşına qayıtdım və getməli olduğum yerə sürdüm...
Sayfa 347Kitabı okudu
Biz dünyaya nümayiş etdirdik ki, şagirdlər humanist, münbit mühitdə yetişdirildikdə böyüyüb həssas və ağıllı insanlara çevrilə bilərlər.
Sayfa 315Kitabı okudu
Reklam
Niyə sizin işlərinizi aparırdıq? Niyə bunu edirdik? Sən bayaq Mari-Klaudiya ilə söhbət edəndə maraqlı bir şey dedin, Tommi. Dedin ki, əsərləriniz sizin iç dünyanızı üzə çıxarır. Daxilən kim olduğunuzu aydınlaşırdır. Deyəsən, belə dedin, elə deyil? Sən düz fikirdəsən. Biz əsərlərinizi sizin ruhunuzu aşkara çıxarmaq üçün toplayırdıq. Ya da daha dəqiq desək, bunu, ümumiyyətlə, ruhunuzun olduğunu sübuta yetirmək üçün edirdik.
Sayfa 313Kitabı okudu
Gündüz aramızda nə baş versə də, yatmaq vaxtı gələndə Rutla döşəyimin üstündə yan-yana əyləşir, isti içkilərimizdən qurtumlayır və yeni həyatımız haqqında ən dərin hisslərimizi bir-birimizə açırdıq, sanki gündüz aramızda olan mübahisəni unudurduq. Bu səmimi söhbətləri mümkün edən, - hətta dostluğumuzu davam etdirməyə kömək olan, - yeganə şey həmin anlarda danışdığımız hər şeyin hörmətlə qarşılanacağını bilməyimiz idi: biz bu etiraflara hörmət edirdik və bilirdik ki nə qədər dalaşsaq da, həmin söhbətlər ərzində dediklərimizdən bir-birimizə qarşı istifadə etməyəcəyik.
Sayfa 154Kitabı okudu
O demişdi ki, belə şəkillər, poeziya nümunələri və əl işləri sizin "daxilən kim olduğunuzu üzə çıxarır". O demişdi ki, bunlar sizin "ruhunuzu ortaya qoyur".
Sayfa 214Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.