Məni Heç Vaxt Tərk Etmə

Kazuo Ishiguro

Sayfa Sayısına Göre Məni Heç Vaxt Tərk Etmə Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Məni Heç Vaxt Tərk Etmə sözleri ve alıntılarını, sayfa sayısına göre Məni Heç Vaxt Tərk Etmə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bu, şahmat oyununa bənzəyir, əlini fiqurdan götürən kimi səhv etdiyini anlayırsan və hələ başına gələcəklərin miqyasını bilmədiyin üçün qorxuya düşürsən.
Sayfa 151 - Teas Press NəşriyyatıKitabı okudu
Gündüz aramızda nə baş versə də, yatmaq vaxtı gələndə Rutla döşəyimin üstündə yan-yana əyləşir, isti içkilərimizdən qurtumlayır və yeni həyatımız haqqında ən dərin hisslərimizi bir-birimizə açırdıq, sanki gündüz aramızda olan mübahisəni unudurduq. Bu səmimi söhbətləri mümkün edən, - hətta dostluğumuzu davam etdirməyə kömək olan, - yeganə şey həmin anlarda danışdığımız hər şeyin hörmətlə qarşılanacağını bilməyimiz idi: biz bu etiraflara hörmət edirdik və bilirdik ki nə qədər dalaşsaq da, həmin söhbətlər ərzində dediklərimizdən bir-birimizə qarşı istifadə etməyəcəyik.
Sayfa 154Kitabı okudu
Reklam
Nə qədər şəfqətli olsalar da, ürəklərində rahatlaşdıqlarını hiss edə bilirdim. Bu vəziyyətdə olduqlarına görə, Rutun parlayan ümidinin kölgəsində qalmaq yerinə, ona təsəlli verdiklərinə görə rahatlaşmışdılar.
Sayfa 200 - Teas PressKitabı okudu
Üzündə elə təbəssüm var idi ki, sanki onsuz da kiminsə onu günahlandıracağını gözləmirmiş. Bəzən adamlar sənə xoş gəlməyə çalışmaq üçün üzr istəyəndə belə edirlər.
Sayfa 200 - Teas PressKitabı okudu
Hökm vermək həqiqətən çətindir və yəqin həmişə düzgün qərar vermək qeyri-mümkündür
Sayfa 214Kitabı okudu
O demişdi ki, belə şəkillər, poeziya nümunələri və əl işləri sizin "daxilən kim olduğunuzu üzə çıxarır". O demişdi ki, bunlar sizin "ruhunuzu ortaya qoyur".
Sayfa 214Kitabı okudu
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.