Mənim Analı Dünyam

Cəmil Əlibəyov

Comments and Reviews

See All
247 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 6 days
Netflix filmi kimi kitab
Keçən əsrin ortalarında yazılmış, o dövrün siyasi-mədəni vəziyyətini özündə əks etdirən çılğın əsərləri oxumaq, həqiqətən də, insana zövq verir. Xüsusilə də müharibənin yaratdığı çətinlik fonunda kənd camaatının yaşadığı iztirablar, həmçinin nakam sevgi hekayələri insan qəlbini sözün əsl mənasında əməyə, sevgiyə qarşı yenidən ruhlandırır və yox olmuş inamını bərpa etməyə yardımçı olur. Bir sözlə, əsər möhtəşəmdir. Xüsusilə də sevdiyi qızı öz maşını ilə böyük qardaş bildiyi birinə gəlin apardığı səhnə mənə görə əsərin kuliminasiya nöqtəsidir. Dialoqlar olduqca axıcıdır və personajların daxili hiss-həyəcanını rahat şəkildə başa düşmək olur. Əsərdə, həmçinin, çox dəyərli Çingiz Aytmatov motivləri hiss olunur. Bunun da əsas səbəbi yazıçı Cəmil Əlibəyovun həm də tərcüməçi kimi fəaliyyət göstərməsi və Aytmatovun da bir sıra əsərlərini öz dilimizə çevirməsi ilə bağlıdır deyə düşünürəm. Bu incələmə məndən başqa heç kim üçün önəm kəsb eləməsə də, yazıram. Çünki bir də nə vaxtsa bu tərzdə yazmayacam.
Mənim Analı Dünyam
Mənim Analı DünyamCəmil Əlibəyov · 19725 okunma
Reklam
10/10 puan verdi
·
Liked
Kitabda xərçəng xəstiliyindən danışılır. Yetim böyüyən bir gəncin sevdiyi qızdan mənəvi bir birca becə əl çəkdiyi hissəsi mənə yaman təsir etnişdi. Axı onu böyütmüşdü hər zaman dəstək durmuşdu. Xərçəngin ürəydə yarana bilmədiyini həmin kitabda gördüm. Çox dan oxumuşam bezmədən təkrar oxuya biləcəyim bir kitabdır. Gec tapılır təəsüfki
Mənim Analı Dünyam
Mənim Analı DünyamCəmil Əlibəyov · 19725 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.