Mənim Erməni Oğlum

Akşin Xəyal

Mənim Erməni Oğlum Sözleri ve Alıntıları

Mənim Erməni Oğlum sözleri ve alıntılarını, Mənim Erməni Oğlum kitap alıntılarını, Mənim Erməni Oğlum en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hərdən məni qadın yaratdığı üçün, hətta insan yaratdığı üçün Allaha üsyan edirdim.
erməni vəhşiliyi
Sanki buludlardan qar deyil, qan yağmışdı. Dəhşətli bir gecə idi. Tanrı da həmin gecə unutmuşdu Xocalını.
Reklam
Bəlkə də günəş və yer sevgilidilər və küsüblər bir-birlərindən, ona görə də günəş- in rəngi belə solğundur. Yer isə küskünlüyünü bozarmış torpağıyla, saralaraq yarpaqları tökülmüş ağaclarıyla bi- ruzə verir..
Aborta razılıq vermiş ananı bir məhbusa günahsız olduğunu bilərək ölüm hökmü vermiş hakimə, abort edən həkimi isə günahsız olduğunu bilərək həmin məhkumun qətlini icra edən cəllada bənzədirəm.
Kür çayı mənim ən yaxın dərd ortağım olmuşdu. Tbilisiyə getdim, orda yenə Kür çayıyla dərdləşməyə davam etdim, amma bilməzdim ki, hər dəfə dərdlərimi susaraq dinləyən bu çay bir gün məni lal axan sularına qərq edərək sevdiklərimə qovuşdurmağa aparacaq...
Solğun qış günəşi arabir buludların arasında boylanıb Kürə baxıb utancaq uşaqlar kimi tez də çəkilərək buludların arxasında gizlənirdi. Kürün suları bu gün əvvəlki günlərdən daha bulanıq görünürdü. Sanki o da içimdəkiləri duyaraq ətrafa öz qəzəbini bulanıqlığıyla çatdırmaq istəyirdi..
Reklam
113 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.