Anam həmişe deyirdi ki,hamının payını ayırıb kənara qoyurlar ki ,o payı özü yeyə.Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama,qardaşıma sonra ərimə görə öz payımdan keçməli oldum.Mənə ya bir qəhrəmanın,ya bir vətən xainin arvadı kimi baxdılar.Sonra bir müxalifətçinin anası kimi. Sonra savaşçı anası oldum.Neçə dəfə məni gah yuxarı qaldırıb ,gah yerə çırpdılar. Bunların heç biri öz payım deyildi.