Mənim Payım

Parinoush Saniee

Mənim Payım Posts

You can find Mənim Payım books, Mənim Payım quotes and quotes, Mənim Payım authors, Mənim Payım reviews and reviews on 1000Kitap.
-Neçə ay bir yerdə yaşadığımız Şəhrizadı sən mənim qədər tanımamısan. Şəhrizad inqilabçı, bir partiya rəhbəri, qəhrəmandan əvvəl, qadın idi. Sakitlik, ailə həyatı, yoldaş və uşağının yanında olmaq həsrəti var idi. Yadındadır, Məsudu necə sevirdi? O bir qadın, bir ana kimi Məsudun atasız böyüməyini istəmirdi. Onun hədəfi dünyanın bütün uşaqlarının səadəti idi. Bütün uşaqlan öz uşağı kimi görürdü. Amma o vaxt ki, analıq hissini tanıdı - öz uşağına ayn bir imtiyaz istədi. Hər ana kimi öz uşağının səadətini hamısından üstün tutdu. Həmid bir müddət sakitcə mənə baxdı, sonra: - Səhvin var, - dedi. - Şəhrizad çox güclü, çox mübariz qadın idi. Onun idealları vardı. Onu normal qadınlarla müqayisə edə bilməzsən. - Əzizim, mübariz, güclü olmaq qadın olmağa mane olmur.
Sayfa 338Kitabı okudu
O gün şad-xürrəm, gülməyə heç bir məntiqi səbəb yox idi, amma mən xoşbəxt idim.
Reklam
insanın əlində itirməyə heç nəyi qalmadığını fikirləşəndə küfr edir.
Həmişə ümidim var idi ki, heç olmasa, o, xoşbəxtdir. Amma belə görünürdü ki, o, məndən də təkdir.
Mətbəx əşyaları, yataq otağının avadanlığı- mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey- ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir. Bu, çətin bir vəzifə idi...
Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır.
Reklam
Birinci dəfə idi ki, ölmək arzusundan peşman idim. Həyat o qədər gözəl idi ki, bütün dünyanı öpmək istəyirdim.
-Bəlkə də görüşə icazə veriblər. Her ikimiz həyacanla dayanıb gözləyirdik. Bir neçə dəqiqədən sonra məmurların biri otağa bir bağlama gətirdi. Stolun üstünə qoyub dedi: -Onun əşyalarıdır. Mat-mat baxdım. Bilmirdim nə deyir. Adam səbirsizcə dedi: -Siz Həmid Sultaninin qohumları deyilsiniz? Srağagün cəhənnəmə vasil oldu. Bu da əşyalarıdir.
Sayfa 260
Kaş bütün əsl sevənlər qovuşsaydılar...
Bütün gəncliyim bu ümidsiz sevgidən puç oldu. Demirəm, heç bir qadına baxmamışam. Demirəm, heç vaxt Nazini sevməmişəm. Amma cürətlə deyə bilərəm ki, mənim həyatımın əsl sevgisi sən idin. Səni tapanda fikirləşdim ki, Allah, nəhayət, mənə rəhmət qapılarını açıb. İstəyib ki, ömrümün axırında səadətin nə olduğunu görüm. İndi sənin yanımda olmayacağını bilmək mənə çox çətindir. İndi keçmişdəkindən də təkəm. Sənə hər zamankından daha çox ehtiyacım var...
Sayfa 415 - SəidKitabı okudu
Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim, məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
Sayfa 414 - MəsuməKitabı okudu
Reklam
Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb.
Sayfa 414 - MəsuməKitabı okudu
Adam bu yaşa çatanda keçmiş onun üçün gözəlləşir. Hətta pis günləri da gözəl görünür. Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan.
Sayfa 395 - MəsuməKitabı okudu
-Məsum, bilirsən ki, mən təkcə səni sevmişəm. Həyat bizim qarşımıza min bir çətinlik çıxartdı. Amma bəlkə indi bunun əvəzini çıxmaq olar. Bəlkə, həyat bundan sonra bizə xoş üzünü göstərmək istəyir...
Sayfa 405 - SəidKitabı okudu
Amma bəzən bir hadisə, bir şəkil adamı keçmişinə qaytarır. O zaman aynaya baxırsan. Görürsən ki, o keçmişdəki adamdan nə qədər fərqlənirsən.
Sayfa 395 - MəsuməKitabı okudu
1,500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.