Mənim Rəqibim

İsmail Şıhlı
0/10
0 Kişi
1
Okunma
Beğeni
355
Görüntülenme
1975-ci ildə İsmayıl Şıxlının məşhur “Mənim rəqibim” hekayəsi “Azərbaycan” jurnalında çapdan çıxdı. Əsər jurnal variantında əl-əl gəzməyə başladı. Hamı bir-birndən soruşurdu ki, İsmayıl Şıxlının “Mənim rəqibim”i oxumusanmı? Hekayənin baş qəhrəmanı müəllif özü idi. Müharibədən yenicə qayıdıb əsgər şinelini əynindən çıxarmağa macal tapmayan bu gənc aspiranturaya imtahan verir. Məlum olur ki, onun rəqibi var və bir yerə iki nəfər iddialıdır. Hər ikisi imtahanları uğurla başa vursa da, imtahan komissiyası həmin bir yerin İsmayıl Şıxlının tutmasını məsləhət bilir. Lakin “Mənim rəqibim” hekayəsinin qəhrəmanı aspiranturaya qəbuldan imtina edərək doğma kəndinə qayıdır. O bu işdə ədalətsizlik olduğunu düşünür. Çünki xarici dildən imtahan verərkən rəqibi ona müəyyən köməklik göstərmişdi. Bu inadı nəzərə alan rektorluq əlavə bir yer alır və bundan sonra İsmayıl müəllim qəti əmin olur ki, “rəqibi”də aspiranturaya qəbul edilib. Nəticədə İsmayıl müəllim öncəki fikrindən daşınıb Bakıya qayıdır. Bütün bunları ona görə diqqətə çəkməli oluruq ki, oxucu bir daha yəqin etsin ki, ədibin bədii əsərlərinin insanlarda qibtə hissi doğuran, mərdliyi, namus və qeyrəti, kişilik və hünəri, ədalət və vicdanı simvolizasiya edən qəhrəmanları haradan və kimin milli-mənəvi keyfiyyətlərindən qaynaqlanıb.
Yazar:
İsmail Şıhlı
İsmail Şıhlı
Tahmini Okuma Süresi: 5 sa. 23 dk.Sayfa Sayısı: 190Basım Tarihi: 1975Yayınevi: Gənclik
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.