Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mərtəbələr

Elxan Elatlı

Mərtəbələr Sözleri ve Alıntıları

Mərtəbələr sözleri ve alıntılarını, Mərtəbələr kitap alıntılarını, Mərtəbələr en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əksinə, hər kəs günahkar
"Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq..."
Sayfa 228
Ancaq özündən inciyirdi. Özünü qınayırdı, özünü cəzalandırmaq istəyirdi. Özünü cəzalandırmaq...İnsan özünü cəzalandıra bilərmi, görəsən?...
Sayfa 138
Reklam
Bax, dünyadakı müsəlman ölkələrinin çoxu niyə iqtisadiyyatda geri qalırlar? Niyə yaşayış səviyyəsində ayaqlaşa bilmirlər Avropa ilə? Hə? Ona görə ki, biz müsəlmanlar addımbaşı özümüzə bir sərhəd qoymuşuq. Bunu eləmək olmaz, onu eləmək olmaz, daha nələr!.. Bir də ki, tənbəlik. Ancaq əlimizi göyə açıb Allahdan ruzi diləyirik. Bunlarla da iş aşmaz axı!
Sayfa 108
Düşünməyəndə isə əhvalı yaxşı olurdu. Bu, lap nevroz xəstəliyi kimi idi, deyəsən. Problem barədə fikirləşən kimi əhvalı qarışırdı. Özünü inandıranda ki, hər şey yaxşıdır, doğrudan da, yaxşı olurdu.
Sayfa 139
Amma kim nə deyir-desin, insan ömrü çox uzundur. O qədər uzun ki, insan qocalıb ölənə kimi neçə fərqli ömür yaşayır.
Sayfa 45
Reklam
Birdəfəlik qəbul etmək lazımdır ki, gələcəkdə yaxşı heçnə yoxdur. Və daha ola da bilməz. Ən düzgünü, artıq keçmişdə qalanlar barədə düşünməkdir.
Axşamdan başını yastığa atıb yatanlar üçün gecənin nə uzunu, nə qısası... Yuxusu ərşə çəkilənlər üçünsə qısa gecələr də uzun görünür.
Dərdi-səri olmayan, həyatından razı insanlar başqalarına da həmişə müsbət enerji verirlər. Həyatlarından gün-güzəranlarından narazı qalanlar isə ətrafdakılara da yaxşı heç nə verə bilməzlər.
Sayfa 41 - Elgün nəşr-çap evi
Ona elə gəldi ki, ölümün nə olduğunu dərk eləyir artıq. Bəli, ölüm sadəca yoxluq idi, vəssalam. Sən yoxsan, amma həyat davam edir. Sənsiz davam edir.
Reklam
Hər kəs hörümçək kimi tor qurub öz yuvasına çəkilmişdi və gündəlik yeməyi üçün ovunu gözləyirdi. İstər sevinci, istər kədəri yaxınlarla paylaşmaq adəti yavaş-yavaş yox olub gedirdi. Hamı bir-birinə yad olmuşdu
Sayfa 42 - Elgün nəşr-çap evi
İnsanlar müxtəlif mərtəbələrdə yaşayırlar. Çalış öz mərtəbədə qal. Özündən yuxarılara yox, özündən aşağılara bax..
Sayfa 201Kitabı okudu
Bir fikrə birdəfəlik özünü inandırmalıdır ki, dünyada heç kəs heç kəs üçün yaşamır. Heç kəs heç kəs üçün ömürlük yas saxlamır. Hər kəs yalnız özünü fikirləşir və özü üçün yaşayır.
İnsan ən ağır günlərində,ən çətin anlarında ona qəlbən daha yaxın olan, onu başqalarından daha yaxşı anlayan biriylə danışmaq istəyir.
İnsanlar müxtəlif mərtəbələrdə yaşayırlar. Çalış öz mərtəbədə qal. Özündən yuxarılara yox, özündən aşağılara bax..
Sayfa 201Kitabı okudu
167 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.