Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mərtəbələr

Elxan Elatlı

Mərtəbələr Gönderileri

Mərtəbələr kitaplarını, Mərtəbələr sözleri ve alıntılarını, Mərtəbələr yazarlarını, Mərtəbələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
284 syf.
·
Puan vermedi
Elxan Elatlının bəyəndiyim tək kitabı
Mərtəbələr
Mərtəbələr
"Mərtəbələr" illər öncə oxuduğum və bitirdikdən sonra da mənə təsir edən kitab idi. Yadımdadır ki, hətta bu Kitab sonda bacımı ağlatmışdı. Bu kitabı indiki Elxan Elatlı nifrətim olsaydı oxuyardım ,yoxsa yox bilmirəm, amma kitabdakı ailə münasibətlərinin reallığa uyğun yazıldığını düşünürəm. Əsərdə yaradılan ailə başçısı İbrahimin kasıblığın və mənim gözümdə nankor, düşüncəsiz ailə üzvlərinin qurbanına çevrilməsi tamamilə travma idi. Məhz buna görə də düşüncəsizlik mənim üçün ən pis insan xislətidir. Düşüncəsizcəsinə deyilən sözlər və şəxsdən istənilən hərəkətlər bəzən onsuz da batmış bir insanın tamamilə çökməsinə səbəb ola bilirmiş. Kitab obrazı olsa da, İbrahimin yasını hələ də saxlayıram Bu arada yazanda ağlıma gəldi və qeyd etməyi özümə borc bilirəm ki, Elxan Elatlı öz nanəcib sevgi və sədaqət hislərini az da olsa, heyif ki, bu kitabda da hiss etdirdi. Yaxşı ki, oxuyanda uşaq idim,o vaxtkı balaca Süsən çox diqqət etməyib
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0411 okunma
Mərtəbələr..
O bacarmırdı... Yaşamağı bacarmırdı... Əvvəlki mərtəbəsində yaşamağa qoymurdular. Yuxarı mərtəbəyə qalxmağı isə bacarmırdı.
Sayfa 247 - Teas PressKitabı okudu
Reklam
Şükr edə bilmək = Yorğdandan ayağını çıxartmamaq
... düşündü ki, Rövşən doğurdan da xoşbəxt adamdır. Ona görə xoşbəxt adamdır ki, özündən və həyatından razıdır, vəssalam! Xoşbəxt olmaq üçün bundan başqa nə lazımdır ki?!
Sayfa 203 - Teas PressKitabı okudu
Özünəgüvən hissi...
Deməli, sərbəstlik, özünəgüvən hissi insanın daxilində olmalıdır. Özünü yalandan hər şeydən xəbərdar kimi göstərmək lazım deyilmiş.
Sayfa 142 - Teas PressKitabı okudu
Xoşbəxt kəslər...
Yaxşı, bəs xoşbəxt insan kimlərə demək olardı? Hə, xoşbəxt insan o kəslərə demək olardı ki, onların bü günü var və xəyallarında da gələcək işıqlı görünürdü.
Sayfa 120 - Teas PressKitabı okudu
Üç qrup insan...
İnsanlar, əslində üç qrupa ayrılırdılar. Keçmişlə yaşayanlar, bu günlə yaşayanlar, gələcəklə yaşayanlar. İnrahimin əqidəsinə görə keçmişlə yaşayanlar bədbəxtlər, bu günlə yaşayanlar əhlikeflər, gələcəklə yaşayanlar isə ağıllı adamlar idilər. Amma indi bu barədə düşüncələri bir qədər dəyişmişdi. Fikirləşirdi ki, gələcəklə yaşayanlar bu günü olmayan bədbəxtlərdir.
Sayfa 121 - Teas PressKitabı okudu
Reklam
Özünə inam yoxsa mənəviyyatsızlıq?
Deyəsən, iş təkçə maddi problem məsələsində deyildi. Cəmilənin heç mənəvi problemi də görünmürdü.
Sayfa 111 - Teas PressKitabı okudu
Yorğandan çıxan ayaqlar
Həmişə ayağını yorğanına görə uzadırdı. Bİlirdi ki, yorğandan çıxan çılpaq ayaqlar gülünc və əcaib görünür.
Sayfa 77 - Teas PressKitabı okudu
284 syf.
10/10 puan verdi
SPOİ.
Heç bir kitab mənə belə təsir etməmişdi. Pul necə yaman şey imiş...Bəzi insanların qürurunu,xəsiyyətini, mənliyini necədə bu qədər asan alabilirmiş...Bir insan necədə bu qədər tez dəyişiləbilərmiş... Bir övlada atasını, bir qadına həyat yoldaşını, bir anaya oğlunu necə də düşmən edərmiş... Əslində anaya haqq verdiyim bəzi məqamlar var idi orda. İbrahim pul görüb havalara uçmuş ailəsinı bahalı pal-paltar alıb xərcləməkdənsə, o 3 minləri ikiminləri yalan yerə xərcləməkdənsə anasına etsəydi anasını sağaltmağ üçün biraz çabalasaydı bəlkədə ana getməzdi. İndi bəlkədə qınanacam İbrahimə haqq verdiyim üçün. İbrahim atasından gördüyü tərbiyəni heç vaxt pozmadı. Ailəsi üçün həmişə çalışdı vuruşdu. Nə bir pis yola əl attdı nə haqq yedi nədə bəziləri kimi namusunu qurban verdi. Mən bu kitabda İbrahimdən başqa bütün xarakterləri qınayıram. Fəridəni pul görüb o saat həyat yoldaşını ona qurban verdiyi üçün qınayıram. Oğlu Cövdət'i atasına rağmən pula qul olmağını qınayıram. Arzu isə... Arzu heç... Əvvəl 2 manatlıq sancağa xoşbəxt olan bu qız nə qədərdə bədbəxtə döndü. Ata'sının 2 qram sevgisinə belə layiq deyilmiş. Hər kəsin istəkləri var təbiki ama buna görə bir atanı intihara sürükləmək...
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0411 okunma
Nə sevə bilmədim bu zalım dünyada, nədə sevilə bilmədim.
178 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.