Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Müqəssir

Rövşən Yerfi
Bu roman cəmiyyətimizin ictimai bəlasına çevrilmiş, ailə faciələrinə səbəb olan həyat hekayətidir. Həm mövzusuna, həm də yazı tərzinə görə əsərin çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq. Gözünə yarımqaranlıq böyük, ləpələnən göl görünürdü. Səhərin ala-qaranlığı idi, yoxsa axşam toranlığıydı, ayırd edə bilmirdi. Ləpələrin içində hərəkətsiz, üzü üstə uzanan bir nəfər görürdü, sanki üzürdü. Deyəsən qadın idi. Əynindəki paltarından Əfiqəyə oxşayırdı. Həyəcandan ürəyi döyündü: ola bilməz, Əfiqə nə vaxtdan üzməyi öyrənib? Özü də paltarla, soyunmadan... Yox, o, Əfiqə deyil, hər kimdisə başqasıdır... Gücü gəldikcə onu çağırmaq, qışqırmaq istədi. Necə var aydınlaşdırmalı idi. Bu an qolundan tutub silkələdilər: – Cahid, mənə cavab ver, sonra yenə yatarsan. Gözlərini çətinliklə açdı, başının üstündə dayanıb ona baxan nəzarətçi Elnuru gördü: – Yaxşı ayıltdım səni, boğulurdun. Yəqin ki, pis yuxu görürdün... – Hə, ona oxşar bir şey idi, – Cahid bir anlıq özünə gəlib nəfəsini dərdi. – Sənin “kubrik” yoldaşın bilmirsən hardadır? Yeri boşdur. – Bilmirəm. Güman ki, aşağı mərtəbədəki yerlilərinin yanına gedib. Səhər onlardan birinin “srok”u bitib, çarpayısı boşalmışdı.
Yazar:
Rövşən Yerfi
Rövşən Yerfi
Tahmini Okuma Süresi: 3 sa. 4 dk.Sayfa Sayısı: 108Basım Tarihi: 2017Yayınevi: Elm və Təhsil Nəşriyyatı
Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.