Müxtəlif Predmetlər Haqqında Düşüncələr

Arthur Schopenhauer

Müxtəlif Predmetlər Haqqında Düşüncələr Posts

You can find Müxtəlif Predmetlər Haqqında Düşüncələr books, Müxtəlif Predmetlər Haqqında Düşüncələr quotes and quotes, Müxtəlif Predmetlər Haqqında Düşüncələr authors, Müxtəlif Predmetlər Haqqında Düşüncələr reviews and reviews on 1000Kitap.
Ölüm haradasa yaşanılan həyat üçün ödənilən haqdır; elə bütün başqa qaçılmaz fəlakətlər də bunun kimidir.
Sayfa 183Kitabı okudu
İfşa olunmuş cinayətkar öz ölümünü edam kürsüsündə qarşılayır, ancaq çoxlu sayda başqa cinayətkarın ölümü öz doğmalarının qucağında olur.
Sayfa 173Kitabı okudu
Reklam
Dövlətçiliyin fanatiklərini, barometrin göstəricisini süni yolla dəyişməklə yaxşı hava yaradıla biləcəyinə inanan adamlara bənzətmək olar.
Sayfa 172Kitabı okudu
Yalnız bir müalicəvi güc vardır, bu da məhz təbiətin müalicəvi gücüdür.
Sayfa 138Kitabı okudu
Təbiət elmlərinin bizim yüzillikdə insanların gözündə qazandığı parlaq mövqeyi və onların şüurları üzərindəki hakimiyyəti o qədər böyükdür ki, onunla sıx əlaqədə olmayan heç bir fəlsəfi sistem əsaslı təsir gücü qazana bilməz.
Sayfa 118Kitabı okudu
Reklam
Şüurdan o tərəfdə yerləşən nə isə var və o zaman-zaman, ay işığı qara buludları yarıb keçən kimi, şüurumuza sızır.
Sayfa 112Kitabı okudu
Dahi insan yaşayıb yaradaraq özünün şəxsi maraqlarını bütün insanlığın naminə qurban verir.
Sayfa 102Kitabı okudu
Adi, istedaddan məhrum adam qətiyyən yalqızlığa dözə bilmir: təkliyə qapılıb təbiəti, dünyanı müşahidə etmək onları əsla özünə cəlb etmir.
Qəfildən ölə biləcəyim halı nəzərdə tutaraq buradaca bəyan edirəm ki, ağlagəlməz kütbeyinliyinə görə alman xalqına nifrət edirəm və bu xalqa mənsub olduğuma görə xəcalət çəkirəm.
38 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.