Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ən Yaxın Planet

Elxan Elatlı

Ən Yaxın Planet Gönderileri

Ən Yaxın Planet kitaplarını, Ən Yaxın Planet sözleri ve alıntılarını, Ən Yaxın Planet yazarlarını, Ən Yaxın Planet yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ən mürəkkəb varlıq sayılırdı insan. Onun daxili aləminə girmək, nə düşündüyünü, hansı hislərlə yaşadığını öyrənmək dünyanın ən çətin işi idi.
Sayfa 140Kitabı okudu
Uşaq vaxtı anası ona deyərdi ki, hara getsən, harada olsan Allah səni görür. Deyirdi ki, bir otaqda, ya yolda düzənlikdə, meşədə tək olsan da Allahın nəzəri üstündədir. Yəni, heç vaxt pis iş tutma.
Reklam
İnsanlardan uzaq qaçmaq mümkün deyildi və harada ki insan var idi,demək orada nadanlıq,mal-pul hərisliyi,vəhşi ehtiraslar olacaqdı
Sayfa 270Kitabı okudu
Ələmdar anlaya bilmirdi ki,iyirmi iki yaşlı bu cavan qızda belə qəddarlıq haradandır.Psixoloqlar deyirdilər ki,uşaqlıqda kimdənsə qəddarlıq görənlər böyüyəndə belə olurlar.
Sayfa 201Kitabı okudu
Həyat,onun qədrini bilənlər üçün necə də gözəl imiş,sən demə.
Sayfa 173 - ElgünKitabı okudu
Kaş uzaq ola bilsəm...
İnsanlardan gen gəzmək mümkün deyildi və insanların olduğu yerdə mütləq nadanlıq, var-dövlət hərisliyi, vəhşi ehtiraslar olacaqdı.
Reklam
Özün yaxşı bilirsən ki, mən ölümdən qorxmuram. İstənilən bir anda torpağım üçün, millətim, dövlətim üçün ölməyə hazıram. Ancaq təkcə ölməyə yox, həm də öldürməyə! Himnimizə fikir ver, "səndən ötrü qan tökməyə cümlə qadiriz".
Amma ömürlük bir evdə yaşamaq... Sevmədiyin adamla bir yerdə yaşayıb, bir yastığa baş qoymaq çətin məsələ idi. Dözülməz idi...
Yəni, pul doğrudanmı, bu qədər güclü idi? O qədər güclü ki, insanlığı, qeyrəti, vicdanı tapdalayıb ayağının altına alırdı, əzib məğlub edirdi?..
Sayfa 168Kitabı okudu
Ən mürəkkəb varlıq sayılırdı insan. Onun daxili aləminə girmək, nə düşündüyünü, hansı hislərlə yaşadığını öyrənmək dünyanın ən çətin işi idi
Sayfa 140Kitabı okudu
Reklam
Sevirəm... Həmişə də sevəcəm. Ancaq kaş eləsini sevəydim ki, bunu çəkinmədən hamıya deyə biləydim.
Sayfa 230Kitabı okudu
Hayat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır...
İnsanlardan gen gəzmək mümkün deyildi və insanların olduğu yerdə mütləq nadanlıq, var-dövlət hərisliyi, vəhşi ehtiraslar olacaqdı
Sayfa 273Kitabı okudu
Bəzən yalana həqiqət, bəzən də həqiqətə yalan qatıb danışmağa ehtiyac yaranır.
Sayfa 177Kitabı okudu
"Bakıda nə var" deyən anası, əslində, heç nə bilmirdi. Bilmirdi ki, Bakıda Zöhrənin qəlbinə sığmayan, elə Bakı boyda bir məhəbbəti var
Sayfa 149Kitabı okudu
73 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.