Nakam Eşqin Ninnisi

Qumru Qüdrət
0/10
0 Kişi
1
Okunma
Beğeni
60
Görüntülenme
Qadın ürəyi!!! Mən bu ürəkdən həssas, bu ürəkdən duyğulu, bu ürəkdən nəcib və pak başqa bir ürək tanımıram. Qadın ürəyi ehtiraslı məhəbbət ocağı, lirik poeziya bulağı, gah vulkana, gah ipəyə çevrilən duyğular mənbəyidir. Qadın ürəyi ana ürəyidir, yaratdığına və ürəyi of demədən bəxş etməyə qadir bir ürək. O sözün həqiqi mənasında məhəbbət məbədidir. Qumru Qüdrətində ürəyi belə bir ürəkdir. Poetik hisslərlə, səmimi duyğularla dolu bir ürək. O, bu duyğuları şeirə, poeziyaya çevirmək istəyəndə hiss edirsən ki, məsum körpə kimi çəkinir, qısılır, şerinin yaxşı alınmayacağından ehtiyat edir. O, ilk şeirlərini iki-üç il bundan əvvəl məsləhət üçün mənə təqdim etmişdi. Oxudum. Gördüm ki, Qumrunun qəlbində poeziya bulağı var. Lakin gördüm ki, bu bulaq bolluca çıxmaq üçün gücsüzdür, iti, kəsərli təşbihləri yoxdur, şerin adi texnikasınada yiyələnməyib. Poetik fikirlər onun ürəyindən nizamla axıb çıxmır. Bir neçə görüşdən sonra Qumru şeirin texnikasına yiyələndi, poetik sözü qəlibə necə salmağı bacardı və nəticədə poeziyaya daha ürəkdən bağlandı. Budur onun qarşımda iki kitabı var: “Bir ürəyin nəğmələri” və çapdan çıxacaq “Nakam eşqin ninnisi”. Sonuncu kitabda Qumrunun son illərdə yazdığı ictimai, lirik şeirləri toplanmışdır. Bu şeirlərdə diqqəti çəkən ən mühüm cəhət Qumru ürəyinin nəcib duyğularıdır. Bu duyğuların ən çoxu, Vətənə, övlada, doğma xalqına, məhəbbət duyğularına, vəfa, sədaqət, etibar hisslərinə həsr edilmişdir.
Yazar:
Qumru Qüdrət
Qumru Qüdrət
Tahmini Okuma Süresi: 3 sa. 5 dk.Sayfa Sayısı: 109Basım Tarihi: 2005Yayınevi: Kişisel Yayın
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.