Nami

Banin

Nami Posts

You can find Nami books, Nami quotes and quotes, Nami authors, Nami reviews and reviews on 1000Kitap.
Həyatda təkcə ölümün yeganə dəqiq şey olmağının özü ali istehza idi. Öz istəkləri ilə doğulmayan zavallı bəşər övladlarına qan uddurmaq üçün yaradılmış bu zalım dünya hansı fəndgir Allahın əməyinin bəhrəsidir?
İlk dəfə hiss edirəm ki, həyat xırda şeylərdən ötrü ürəyimizi sıxdığımız, darıxdırıcı, qanqaraldan bir macəra deyil.
Reklam
Yırtıcıların çoxu kimi onlar da mehribanlığı zəiflik, hətta axmaqlıq kimi qəbul edirlər. Və üzüyumşaqlığından sənə daha ağır zərbələr vurmaq üçün istifadə edirlər.
Mürəbbiyələrin ədəb-ərkanlı olmağa ixtiyarları çatır, çünki onlar tamam fərqli dünyanın insanlarıdır — xristiandırlar, Allah bilir, kimdilər. Mənim isə fərqli olmağa haqqım çatmır, mən ki müsəlman ana-atanın qızı, “Ailə” ilə eyni irqin övladıyam, başqa cür olmaq cəmiyyətə qarşı təhqirdir.
Bəyəm özümü başqalarının yerinə qoyub onların əzablarını hiss etmək gülünc şeydir? Bəs əgər təxəyyül gücüm məni artıq vərdiş etdiyim bu kiçik oyuna məcbur edəcək qədər canlıdırsa, içimdəki mərhəmət hissini necə boğum?
Sevinmək əvəzinə, birdən nəyə görəsə, iki ildən bəri vətən uğrunda döyüşənlərin əzablarını, neçə-neçə insanın ölümünü fikirləşirəm. Və ürəyim elə qısılır, gözəl daş-qaşın alov saçan parıltısı gözümə sönük görünür.
Reklam
Kədərli olsa da, bir şeyi qeyd edim: yavaş-yavaş yalanlar və riyakarlıqlar mərhələsinə qədəm qoyuram. Heç kəsin xətrinə dəyməmək, ən əsası, söz-söhbət olmasın deyə günüm-güzəranım istər-istəməz hisslərimi gizlətmək, hiylə işlətmək, yalan danışmaqla keçəcək.
Ölməyi hüquqlarını itirməkdən üstün tutardı.
Düzü, o biri dünyadan xəbərim yoxdur, amma kəndimizdə yaşamağı fikirləşəndə, bağrım çatlayır.
Yazıq qızım, tolstoyçu olub gedirsən. Gözəl şeylərə pul xərcləməyə heyfin gəlir, yəqin, bilirəm ki, bu saat beynində ölçüb-biçirsən ki, bu pula dörd uşaqlı, vicdanlı fəhlə ailəsi neçə gün dolanardı!
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.