Narsis və Qoldmund

Hermann Hesse

Newest Narsis və Qoldmund Quotes

You can find Newest Narsis və Qoldmund quotes, newest Narsis və Qoldmund book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bizim üçün mükəmməlik, mükəmməl varlıq mövcud deyil. Lakin imkandan əmələ, ehtimaldan reallaşdırmağa keçəndə mükəmməl mövcudluğun iştirakçısına çevrilirik, mükəmməl və ilahiyə doğru kiçik də olsa, addım atmış oluruq."Özünü reallaşdırmaq" məhz bu deməkdir.
Azadlıqla intizamı, ruhla instinkti bir arada tutmaq mümkün deyil.Həmişə biri digərinin itkisi bahasına başa gəlir, amma həmişə də biri digəri qədər mühüm və arzuolunandır!
Reklam
Yaşananların bir anlamı vardımı, ümumiyyətlə, onlar yaşanmağa dəyərdimi?
Amma hər dəfəsində heç gözləmədiyi anda qəflət yuxusundan ayılır, özündənrazılığı,lovğalığı və ruhunun yuxucul tənbəlliyi sanki bir örtük kimi üzərindən düşür və o, yenidən qəm dəryasına batır, tənhalıq dənizinin kədər dalğalarında üzür, ağrı, ölüm barədə düşüncələrə dalır, bütün səyləri şübhə altına alırdı.
Ah, zavallı sümüklərimiz, doymaq nədir bilməyən qarnımız, bədənimizə ağırlıq edən, heç bir işə yaramayan bir ovuc beynimiz!
" - Məncə, incəsənət təkcə daş, taxta, ya boyaların sayəsində nəsə mövcud, amma həm də fani olan bir şeyi ölümün caynağından qurtarmaqdan və ömrünü uzatmaqdan ibarət deyil. Elə incəsənət əsərləri, müqəddəslərin, ya da Madonnanın təsvirlərini görmüşəm ki, onların, sadəcə, nə vaxtsa mövcud olmuş ayrı-ayrı adamların dəqiq sürəti olduğunu hesab etmirəm. - Həqiqi incəsənət əsərinin istinad etdiyi obraz heç də hansısa real, canlı varlıq olmur. Hərçənd həmin obyekt əsərin yaranması üçün bəhanə ola bilər. Nümunə-obraz can, qan deyil, bu nəsə mənəvi bir şeydir. Bu, rəssamın ruhunda yaranan bir obrazdır."
Sayfa 295 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.