Narsis və Qoldmund

Hermann Hesse

Narsis və Qoldmund Posts

You can find Narsis və Qoldmund books, Narsis və Qoldmund quotes and quotes, Narsis və Qoldmund authors, Narsis və Qoldmund reviews and reviews on 1000Kitap.
Bizim üçün mükəmməlik, mükəmməl varlıq mövcud deyil. Lakin imkandan əmələ, ehtimaldan reallaşdırmağa keçəndə mükəmməl mövcudluğun iştirakçısına çevrilirik, mükəmməl və ilahiyə doğru kiçik də olsa, addım atmış oluruq."Özünü reallaşdırmaq" məhz bu deməkdir.
Azadlıqla intizamı, ruhla instinkti bir arada tutmaq mümkün deyil.Həmişə biri digərinin itkisi bahasına başa gəlir, amma həmişə də biri digəri qədər mühüm və arzuolunandır!
Reklam
Yaşananların bir anlamı vardımı, ümumiyyətlə, onlar yaşanmağa dəyərdimi?
Amma hər dəfəsində heç gözləmədiyi anda qəflət yuxusundan ayılır, özündənrazılığı,lovğalığı və ruhunun yuxucul tənbəlliyi sanki bir örtük kimi üzərindən düşür və o, yenidən qəm dəryasına batır, tənhalıq dənizinin kədər dalğalarında üzür, ağrı, ölüm barədə düşüncələrə dalır, bütün səyləri şübhə altına alırdı.
Ah, zavallı sümüklərimiz, doymaq nədir bilməyən qarnımız, bədənimizə ağırlıq edən, heç bir işə yaramayan bir ovuc beynimiz!
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.