Bu kitabda həyata atılaraq, uğur qazanmaq istəyən gəncə bir çox dəyərli tövsiyələr verilmişdir. Uğur qazanmaq istəyən gəncin hansı məsələlərə diqqət etməli olduğu, hansı keyfiyyətləri özündə cəmləməsinin zəruriliyi və nə kimi zərərverici xüsusiyyətlərdən, fikirlərdən uzaqlaşmalı olduğu göstərilmişdir. Kitabda həyatda uğur qazanmış məşhur insanların həyatlarından nümunələr gətirilmiş və onların uğurlarının sirlərini bəyan edən sitatlar yer almışdır.
Kitabı oxuduqca əziz gənclərdə özlərinə inam yaranacağına və uğur qazanmaq üçün çalışma ruhiyyəsinin daha da artacağına ümid edirik.
Kitab gənclər üçün nəzərdə tutulmasına baxmayaraq, geniş oxucu kütləsi üçün də faydalıdır.