"Məqsədsiz gəzintilərdə hər yer eyniydi, harada olmağının da əhəmiyyəti yoxdu. Heç yerdə olmadığını hiss etdiyi gəzintilər ən əhəmiyyətliləriydi. Elə onun da yeganə istəyi, heç bir yerdə olmamaq idi. Nyu-York şəhəri onun öz ətrafında qurduğu heç bir yer idi və Quinn bu şəhərdə ömürlük qalmaq istəyinin olduğunu hiss etmişdi. "