Mən, Əlamdar Manafov. Bu kitabda sizə həyatımda böyük dəyişiklik edən sloqanım haqqında danışacağam. Mən bunu Bakalavr təhsili alarkən, Universitetə gedib – gələrkən cəmiyyətdə düşünməyə başladım ki, “insanlar niyə belə neqativ və acıdildir?“ Ən əsası isə daha çox boz və qara rənglərdən istifadə edirlər. Mən isə daha çox rəngli geyinməyə qırmızı, sarı, yaşıl, mavi rənglərə üstünlük verirdim.2 illik araşdırmalardan sonra “Be Positive“ (Pozitiv olmaq- Pozitiv ol) sözünü qəbul etdimki, mənim şüarım olsun və cəmiyyətdə insanlar nə reaksiya verəcək. “Be Positive sloqanını artıq ətrafımda olan hər kəs əli ilə 2 göstərir, məni görəndə gülür, daha çox insan rəngli geyinir və “Bizə pozitiv enerji ötürürsən“ – deyir. Bunu bacarmışamsa demək ki, məndə alınıb. Məqsədim isə cəmiyyətdə sağlam mühit yaratmaqdır. Sağlam düşüncəli insanlar formalaşmağını istəyirəm. Hansı sosial şəbəkədə paylaşım etsəniz sloqanımızı unutmayın #BePositive