Niyə Susursan Polkovnik?

Elxan Elatlı

Niyə Susursan Polkovnik? Yorumları ve İncelemeleri

Niyə Susursan Polkovnik? yorumları ve incelemelerini, Niyə Susursan Polkovnik? kitabı hakkındaki okur görüşlerini , Niyə Susursan Polkovnik? puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.310 üzerinden
109 Kişi · 7 İnceleme
312 syf.
7/10 puan verdi
Səbrim çatmadı)))
Elxan Elatlının bütün kitablarını sevərək oxumuşam,amma ilk dəfə idi ki bu kitabda oxumağa səbrim çatmırdı.Kitabda sual içindən sual ortaya çıxır ,sonuna gələnə qədər səbrimi birtəhər sıxa bildim.Roman çox qarışıq gəldi bu dəfə,biraz da can sıxıcı idi amma yenədə sona qədər oxuyub çatdıra bildim)
Niyə Susursan Polkovnik?
Niyə Susursan Polkovnik?Elxan Elatlı · Teas Press Nəşriyyatı · 2023426 okunma
288 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Elxan Elatlının “Niyə susursan, polkovnik?” detektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Romanda bu günkü mənəvi həyatımızda rast gəlinən pulgirlik, saxtakarlıq, ikiüzlülük, yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur. Bax, pilləkənin bu yerində Qasımlı onunla üz-üzə gəldi. O, polkovnikin düz gözünün içinə baxdı. Heç tükü də tərpənmədi bu zaman. Sonra isə addımlarının sürətini artıraraq çıxıb getdi. Qorxudan mı artırdı addımlarının sürətini? Xeyr! O, heç qorxub-eləyənə bənzəmirdi. Sürətini də qəfil ona görə artırmışdı ki, Qasımlını şübhələndirsin. Qəribədir... Amma yox, polkovnik Qasımlı üçün qəribə heç nə yox idi bu dünyada. Onun üçün yalnız cavabı hələlik tapılmamış suallar vardı və bu sualların cavabı gec-tez tapılmalıydı. Deməli, caninin bu hərərkəti də qəribə-filan deyildi. Sadəcə, maraqlı idi Qasımlı üçün. Amma çox maraqlı idi...
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014426 okunma
Reklam
288 syf.
10/10 puan verdi
·
Beğendi
Elxan Elatlının "Niyə susursan polkovnik?"dedektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qanbay Qasımlı tərəfindən araşdırılmasından bəhs edir.Romanda bu günki mənəvi həyatımızda rast gəlinən pulgirlik,saxtakarlıq,ikiüzlülük,yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur... İyi okumalar...❤
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014426 okunma
288 syf.
·
Puan vermedi
Qanbay Qasimli Əlemdar Melikov
Deyerli Yazarimiz Elxan Elatinin Niye Susursan Polkovnik romanini kimler oxuyub?roman haqqinda fikirleriniz?Yazarimizin eserlerini romanlarini oxuduqca insan oxumaq isdeyir men bir kitabini 3 defe oxumuşam çox gozel eserler romanlar yazib yazarimiz .Elxan mellimin eserlerini romanlarini seven oxuyan nece neferik?ən çox hansi obrazi sevirsiz Mexfi şobenin Reisi Əlemdar Melikov Cinayet Axtariş ekisperti Polkovnik Qanbay Qasimli
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014426 okunma
288 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
"Amma bunlarla da iş bitmirdi axı. Azərbaycan kişisi istəyirdi ki, arvadı həmişə evində olsun. İşdən qayıdanda onu mehribanlıqla qarşılasın, xoş söz desin, üzündən öpsün, halını soruşsun, paltarını soyunmağa kömək etsin. Və bu zaman özü da bir qadın kimi tam hazırlıqlı olsun. Yəni üst-başına, səliqəsinə fikir versin. Çalışsın ki, üstündən bozbaş iyi yox, bihuşedici ətir qoxusu gəlsin. Ərini süfrə başında otuzdurub ona qulluq edəndə əynindəki xalatın bəzi düymələri «<təsadüfən»>> açılsın. Heç vaxt, heç bir yad kişiyə göstərməyəcəyi «qadağan zonalarını» ərinə xatırlatsın. Nəhayət, ərinin qarşısına öz əlləriylə, bəli, məhz öz əlləriy la, sevə-sevə, nəvazişlə dəmlədiyi çay gətirsin. Artıq elm də sübut etmişdi belə bir çayla başdansovdu, deyinə-deyinə dəmlənən çayın və ya kafelərdə, çayxanalarda verilən çayın çox böyük keyfiyyət fərqi var. Az qala Comolungma zirvəsi ilə Mariya çökəkliyi qədər..." Ən sevdiyim hissə... Kitaba isə söz ola bilməz. Yenə Qasımlı və öz mərifətləri...
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014426 okunma
Reklam