Bu kitabı ərsəyə gətirərkən innovatorlarla apardığım müsahibələr və onların hekayələrinin dərinliklərinə enmək məndə qarşıda duran qorxunc maneələri dəf edə biləcəyimizə dair böyük bir inam və nikbinlik hissi yaratdı. Bu gün aviadaşımalar və internet sahəsində əldə olunan irəliləyişlər dünyamızı bir yumruq qədər kiçildib: biz indi tək bir smartfonda “Apollon-11” gəmisinin idarəetmə sisteminin sahib olduğundan daha çox emal gücünə malikik. Distopiyaya doğru büdrəmək riski həmişə var, lakin, Kurtsveylin dediyi kimi: “Bu, bəşər tarixində bu günə qədər olmuşən yaxşı dövrdür”.