Nuhun Gəmisi

Fərid Novruzi
İş adamı və səyyah Fərid Novruzi dünya səyahətini uğurla başa vuran ilk azərbaycanlıdır. O, dünya səyahətinə adi vaxtda başlamayıb. Fərid 2020-ci ilin yanvar ayında uzaq səfərə çıxmağa hazırlaşanda nə özünün, nə də başqa kiminsə ağlına gəlməzdi ki, ölüm daşıyıcısı olan qorxulu bir virus ortaya çıxacaq və onun da planlarına xaincəsinə müdaxilə edərək marşrutunu gözlənilməz dərəcədə dəyişəcək. Bunun da nəticəsində səyyah sərhədlərdə çoxsaylı problemlərlə qarşılaşacaq, yük maşınında böyük məsafələr qət edəcək, boş və kimsəsiz hotellərdə gecələyəcək...  Bütün bunlara baxmayaraq, Fərid Novruzi heç bir çətinlikdən çəkinməyərək, təhlükələrdən qorxmayaraq, öz yoluna davam edib və 158 gün ərzində təyyarədən istifadə etmədən, yalnız quru və su yolu ilə 60 min kilometrdən çox məsafə qət edib, Yer kürəsinin “başına dolanaraq” öz dünya səyahətini dünya standartlarına uyğun şəkildə uğurla başa çatdıra bilib. Bu kitab həmin səyahət vaxtı onun başına gələn olduqca maraqlı və gözlənilməz macəralardan bəhs edir. Oxucunu əvvəldən axıra qədər gərginlikdə saxlayan kitabı birnəfəsə oxuyacağınıza əminik.
Author:
Fərid Novruzi
Fərid Novruzi
Estimated Reading Time: 5 hrs. 47 min.Page Number: 204Publisher: Teas Press
ISBN: 9789952563092Country: AzerbaijanLanguage: Azerice

Comments and Reviews

See All
204 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 40 days
Kitabı oxuyarkən, Fərid bəyin Allaha olan inamı,ONA iltiması qarşısında gözlərim dolurdu. Və bu kitab sayəsində doğru insanlarla tanış olmağın, networkingin ,çevrənin önəmini anladım. Kitabda sevmədiyim nüans isə şəkillərin əlaqəsiz yerlərdə verilməsi idi.
Nuhun Gəmisi
Nuhun GəmisiFərid Novruzi · Teas Press · 07 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.