Azərbaycan xalqının soykökünün araşdırıcıları tərəfindən yüzlərlə məqalələr, onlarla kitablar yazılıb. Eramızdan əvvəlki yüzilliklərə qədəm basa bilməyən tədqiqatçılar "biz kimik", "babamız kimdir" suallarının qarşısında çıxılmaz vəziyyətdə qalıb, yunan, ərəb, fars, rus, yəhudi və s. mənbələrinin qərəzli, hikkəli konsepsiyalarını həqiqiliyinə və ya qeyri-həqiqiliyinə varmadan qəbul ediblər. Belə bir inam tariximizin saxtalıqlar uçurumunda yuvarlanmasına səbəb olub, belə bir mürəkkəb şəraitə düşübdür ki, bəlkə yüz il də bundan sonra tariximizi bu bəladan xilas edə bilməyəcəyik.