Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

O gələcək?!

Nadir Adilman
0/10
0 Kişi
1
Okunma
Beğeni
12
Görüntülenme
Bu kitabı karyerasında ləyaqətlə uğur qazanmaq istəyənlər üçün yazdım. Bəzən bu istəklə elə alışıb-yanırıq ki, bunun naminə vicdanımızın səsini eşitməzliyə, müqəddəs saydığımız dəyərləri görməzliyə vururuq. “Mənə aid deyil” deyib yaxamızı kənara çəkməyək. İrəlidə səni tanış edəcəyim qəhrəmanlarım da vaxtilə mənəviyyatı istənilən dünyəvi zövqsəfadan üstün tutan insanlar idi. Tələsməyək... İnsanı karyera pillələrində irəliyə aparan amil təkcə iddialarının verdiyi güc deyil. Hədəfə çatmaq üçün əlverişli şərait, keyfiyyətli çevrə və mükəmməl immunitet də olmalıdır. Əks halda, əmin ol ki, nəinki arzuların, hətta dəyərlərin də puç olacaq. Bu kitabı yazarkən karyera pillələrində hədəfinə çatmış insanların həyatını araşdırdım, çoxları ilə üzbəüz əyləşib onların artıq geridə qoyduğu yollara birgə nəzər saldıq. Sonra özümlə baş-başa qalanda onların həyat və uğur hekayələrini təhlil elədim, müqayisələr apardım. Parlaq karyera, adətən, gənc nəslin hədəfi olur, amma bu yolda orta və yaşlı nəslin nümayəndələrinə daha çox rast gəlmək mümkündür. Bu barədə sənin fikrini soruşmadan öz düşüncəmi bölüşmək istəyirəm: məncə, bu, təzaddır. “Niyə?” sualı yarandısa, ardımca gəl, axırda mənimlə mütləq razılaşacaqsan...
Yazar:
Nadir Adilman
Nadir Adilman
Tahmini Okuma Süresi: 4 sa. 25 dk.Sayfa Sayısı: 156Basım Tarihi: 2019Yayınevi: Teas Press
ISBN: 9789952532173Ülke: TürkiyeDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.