Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

O İllərin Çörəyi

Heinrich Böll

O İllərin Çörəyi Gönderileri

O İllərin Çörəyi kitaplarını, O İllərin Çörəyi sözleri ve alıntılarını, O İllərin Çörəyi yazarlarını, O İllərin Çörəyi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hedviqin gəlməsilə əlaqədar olan bu məsələnin üstündə mən sonralar da dönə-dönə düşünmüşəm. Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də bambaşqa bir həyata qədəm qoyacaqdım.
Sayfa 6 - qanun nəşriyyatıKitabı okudu
160 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
O illərin əppəyi
Çörəyin dəyərli olduğu vaxtlara aid bir kitab. Həyatın gerçəkliyini çox açıq şəkildə insan üzünə vurur. Oxuduqdan sonra kitabın sadəcə bir günü əhatə etdiyinə inana bilməyəcəksiz.
O İllərin Çörəyi
O İllərin ÇörəyiHeinrich Böll · Qanun Nəşriyyatı · 2014396 okunma
Reklam
Atamın notları
Bunlardan başqa, atamın həmişə cibində gəzdirdiyi bir vərəq də vardır, çox vacib məsələyə aid olduğuna görə, buradakı sözlər qırmızı karandaşla yazılır, mən hər dəfə evimizə gələndə bu kağız öz ömrünü bitirir və sonra təzədən peyda olur. Həmin vərəqin üstündə atam yazır: "Gədə ilə söhbət etməli!"
Qız kitabı örtdü və bu ani hərəkət elə o andaca mənim üçün unudulmaz bir xatirəyə çevrildi, onun üzündə gördüyüm təbəssümü mən sonralar da unuda bilmədim; kitab örtülərkən eşitdiyim səs hələ də qulağımdadır, vərəqlərin arasına əlfəcin əvəzinə qoyulmuş dəmiryol biletinin necə kənara tullandığını indi də xatırlayıram; bilet yerə düşdü, bizim heç birimiz əyilib onu götürmədik...
Qıza baxdıqca mən onun sifətindəki gözəlliyi indiyəcən heç bir kişinin görmədiyini ağlıma sığışdıra bilmirdim. Necə olmuşdu ki, kişilər bu gözəlliyi kəşf eləməmişdilər, necə olmuşdu ki, onlar Hedviqin qarşısında beləcə - mənim kimi donub qalmamışdılar? Kim bilir, bəlkə də o mənim gözümə göründüyü andan bu qədər gözəl olmuşdu?
Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də başbaşqa bir həyata qədəm qoyacaqdım. Mən elə bir həyata daxil olacaqdım ki, Hedviqlə rastlaşanacan bu həyat mənim nəzərimdə dəhşətli yox, demək olar ki, qənaətbəxş görünürdü. Bu məsələni öz aləmimdə götür-qoy edərkən mən məhz belə zənn eləyirdim, lakin vağzalın bambaşqa platformasında dayanmış o qatar - o həyat ki, az qala astanasından içəri keçməkdə idim, indi fikirləşdikcə görürəm ki, əvvəllər qənaətbəxş bildiyim o həyat mənim üçün cəhənnəm əzabı olacaqdı.
Reklam
Kim bilir, bəlkə də o mənim gözümə göründüyü andan bu qədər gözəl olmuşdu?✨
O İllərin Çörəyi
O İllərin Çörəyi
İndi mən tamam başqa adam idim və bağrına basdığım Hedviqi özüm özümə qısqanırdım.
Mən Hedviqin səsinə qulaq asırdım, əllərinin əlimə toxunduğunu duyurdum. Bu saat bu qaranlıq küçələrdə Hedviqlə yanaşı gedərkən mən ürəyimdə çox qəribə hisslər keçirirdim - yəqin ki, yalnız o dünyada məhşər günü Allah qarşısında sınaqdan çıxanlar özünü mənim kimi hiss eləyə bilərdi.
465 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.