O İllərin Çörəyi

Heinrich Böll

En Beğenilen O İllərin Çörəyi Gönderileri

En Beğenilen O İllərin Çörəyi kitaplarını, en beğenilen O İllərin Çörəyi sözleri ve alıntılarını, en beğenilen O İllərin Çörəyi yazarlarını, en beğenilen O İllərin Çörəyi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Kim bilir, bəlkə də o mənim gözümə göründüyü andan bu qədər gözəl olmuşdu?✨
O İllərin Çörəyi
O İllərin Çörəyi
...dönə-dönə düşünmüşəm. Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də bambaşqa bir həyata qədəm qoyacaqdım.
Reklam
Axşamlar mən saatlarla küçələri dolaşaraq, yalnız bir şey haqda düşünürdüm - çörək. Çörək görəndə gözlərim parıldayır, çörək görəndə dizlərim bükülürdü; mən içimdən bir ac canavarın baş qaldırdığını duyurdum. Çörək. İnsanlar nəşəxor olduğu kimi, mən də çörəkxor olmuşdum. Lap indinin özündə də man maaş alıb cibimda kağız və dəmir pullar küçə ilə gedəndə o vaxtların ac canavar qorxusu hərdən ruhuma hakim kəsilir; vitrində təzə çörək görəndə mən özümü dükana salıb üzdən dadlı görünən kökələrin hərəsindən birini alıram, sonra rastıma başqa dükan çıxır oradan da çörək götürürəm, adamların yanından keçə-keçə mən qoltuğumu qırmızı qazmaqlı xırdaca, xırtıldayan bulkalarla doldururam və aldığım bu çörəyi mən sonra ev sahibəsi üçün mətbəxə aparıram, çünki təkcə mənə qalsa, aldığımın heç dörddə birini də yeyib qurtara bilmirəm, çörəyin xarab olmasını düşünəndə isə beynimdən, az qalır, alov çıxsın.
Mənə elə gəlirdi ki, dünyada yaşıl rəngli qızılgüllər də olmalıdır, yaşıl açılmış qızılgüllər...
Küçədən düşən gur işıq Hedviqin üzünü işıqlandırdı və mən onun üzünə diqqətlə tamaşa eləməyə başladım; bu baxışlara tab gətirməyin necə çətin olduğunu bilirdim, çünki mən onun sifətini bir şəkil kimi seyr eləyirdim, buna baxmayaraq, Hedviq mənim üzümə baxdı və bu anda mən ürəyimə çökmüş vahimənin yoxa çıxdığını duydum. Sanki, Hedviqin sifəti yenə də ürəyimi deşərək, könlümün dərinliyinə keçmişdi və orada bir xoş ağrı yaratmışdı.
Bu saat Hedviqlə eləmək istədiyimi mən hələ heç bir qadınla etməmişdim; görəsən, bu istəyə nə ad vermək olardı? Bunu demək üçün saysız-hesabsız sözlər vardı, ancaq o gün Hedviqlə üz-üzə duranda bildiyim sözlərin heç biri ürəyimin istəyi ilə uyğun gəlmirdi və indinin özündə də mən o hissi ifadə eləmək üçün müvafiq söz axtarıram. O istəyin bütün qüdrətini göstərmək üçün "məhəbbət" sözü də tam kifayət deyildir, lakin bu söz Hedviq kimi bir qadınla rastlaşarkən kişinin ürəyindən keçənləri başqa sözlərdən yaxşı ifadə edə bilir.
Reklam
413 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.