O İllərin Çörəyi

Heinrich Böll

En Eski O İllərin Çörəyi Gönderileri

En Eski O İllərin Çörəyi kitaplarını, en eski O İllərin Çörəyi sözleri ve alıntılarını, en eski O İllərin Çörəyi yazarlarını, en eski O İllərin Çörəyi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Aclıq mənə hər şeyin dəyərini öyrətmişdi.Düknalardakı təzə çörək ağlımı başımdan alırdı.Axşamlar mən saatlarla küçələri dolaşaraq,yalnız bir şey haqqında düşünürdüm-Çörək. Çörək görəndə gözələrim parıldayır,çörək görəndə dizlərim bükülürdü.Mən içimdə bir ac canavarın baş qaldırdığını hiss edirdim.Çörək.İnsanlar nəşəxor olan kimi,mən çörəkxor olmuşdum. Daxilimdə vəhşi heyvan kimi məskən salmış aclıq,yeməklərin qoxusuna tab gətirmirdi,o qarnımda üsyan qaldırırdı və bu vaxt nəsə turş və isti bir şey içimdən boğazıma gəlirdi...
Bunacan yaşadığım həyat, bu günəcən tam qənaətbəxş hesab etdiyim gələcək güzəranım gözlərimin önündəcə məndən uzaqlaşdı. Mənim keçmiş həyatım artıq yer üzündə olmayan bir adam üçün düzəldilmiş mürəkkəb maşın kimi, sürətlə getməkdə idi.
Reklam
Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də bambaşqa bir həyata qədəm qoyacaqdım...
Sayfa 6 - Qanun nəşriyyatıKitabı okudu
Mən hələ on altı yaşda ikən, göz açıb özümü şəhərdə tək-tənha gördüyüm vaxtdan, şeylərin qiymətini bilməyə məcbur olmuşdum, çünki bu şeylərin heç birini almağa mənim pulum yox idi; aclıq mənə hər şeyin dəyərini öyrətmişdi, dükanlardakı təzə çörək ağlımı başımdan çıxarırdı. Axşamlar mən saatlarla küçələri dolaşaraq, yalnız bir şey haqda düşünürdüm- çörək. Çörək görəndə gözlərim parıldayırdı, dizlərim bükülürdü; mən içimdən bir ac canavarın baş qaldırdığını duyurdum. Çörək. İnsanlar nəşəxor olan kimi, mən də çörəkxor olmuşdum...
Sayfa 21 - Qanun nəşriyyatıKitabı okudu
...çörəyə qoyulan qiymət isə həmişə lazım olduğundan artıqdır...
Sayfa 33 - Qanun nəşriyyatıKitabı okudu
Mənim keçmiş həyatım artıq yer üzündə olmayan bir adam üçün düzəldilmiş mürəkkəb maşın kimi sürətlə getməkdə idi. Mən artıq yer üzündə yox idim və mənsiz yola düşmüş o maşın gedə-gedə dağılıb tökülürdü: vintləri yerindən qopub çıxır, porşenləri közərib yanır, dəmir hissələri qopub ətrafa səpələnir, yanıq qoxusu gəlirdi...
Sayfa 51 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Mənə elə gəlirdi ki, dünyada yaşıl rəngli qızılgüllər də olmalıdır, yaşıl açılmış qızılgüllər...
Sayfa 54 - Qanun nəşriyyatıKitabı okudu
Beynim işləyirdi. Sanki o, maşın idi- söndürməyi unutmuşdular...
Sayfa 64 - Qanun nəşriyyatıKitabı okudu
"Allah" sözü böyüklərin dilində kiçikləri aldatmaq üçün bir vasitə idi və bu sözün arxasında onlar həqiqəti gizlətməyə çalışırdılar...
Sayfa 70 - Qanun nəşriyyatıKitabı okudu
...sonra mən içimdəki boşluğun qurğuşun kimi ağır bir şeylə dolmaqda olduğunu duydum- bu laqeydlik idi, öldürücü laqeydlik...
Sayfa 72 - Qanun nəşriyyatıKitabı okudu
466 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.