Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

21 Şəkildə Pyes

Od Gəlini

Cafer Cabbarlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
128 syf.
8/10 puan verdi
Od gəlin - Solmaz Əsərdə atəşpərəstlik onun qayda -qanunları, yeni yaranmış və ərəblər tərəfindən yayılan islam dininə qarşı qoyulmuşdur. Solmaz gözəl, gənc və Əhrimənə qurban kimi göndəriləcək tək qız idi . Atəşpərəstlər bu müsibətlərin əsas səbəbini Tanrının əsəbindən yarandığına inanırdılar. Əsərin digər süjeti isə baş qəhraman Elxanın başından düz gətirməyən həyatından bəhs edir . O illərlə qardaşı dediyi, canı bildiyi əmisini axtarır. Sonunda tapır, amma Aqşin islamı qəbul etməsi Elxani hiddətləndirir. Ondan üz döndərir. Sonda Aqşin əlində quran kitabı ilə dar agacinda olan Elxanın yanına gəlir. Dini qəbul etməsini söyləyir. Elxan öz dinsizliyindən əl çəkmir və azan sədaları altında canını tapşırır.
Od Gəlini
Od GəliniCafer Cabbarlı · 2020134 okunma
Reklam
128 syf.
7/10 puan verdi
·
Beğendi
Sevdamı?İnançmı?
"Od gəlini"əsas etibarilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı müharibəsinə həsr edilmişdir.Əsərin ilkin variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç ildə işləmiş,təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. Bir tərəfdə ateist sayılan Elxan,bir tərəfdə atəşpərəstliyə sitayiş edən sevdiyi qadın "od gəlini"Solmaz...tamamilə bir birinə zidd fikirləri,etiqadları olan insanların arasındakı qardaş, sevgi münasibəti...bir-birinin əksi olan fikirlər,dialoqlar keçən bir əsərdir Od gəlini...
Od Gəlini
Od GəliniCafer Cabbarlı · 2020134 okunma
128 syf.
·
Puan vermedi
·
4 saatte okudu
İki ayrı yol, iki ayrı qurban. Bir daha görürük ki, dini bir olmayan insanların qovuşması mümkün deyil. Qovuşsalar belə çox əzab əziyyətlərə tab gətirirlər. Bu əsərdə isə Solmaz və Elxan qovuşa bilmir. Həmçinin bu əsərdə iki qardaşın da qarşıdurmasını görürük. Elxan öz doğru bildiyi yoldan geri dönmədi, Aqşin isə dinindən geri dönmədi. Sonda Elxan öz yolu uğrunda ölür.
Od Gəlini
Od GəliniCafer Cabbarlı · 2020134 okunma
128 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Od Gəlini
Bir tərəfdə heç bir dinə inanmayan Elxan,digər tərəfdə Atəşpərəstlərin sitayiş etdiyi Solmaz.Elxan ölüm ayağında belə heç bir dinə,hökmdara səcdə etməzkən, öz sevdiyi qadına baş əyib səcdə edir.Pyesdə Elxanın azadlıq arzusu,əhalinin çarəsizliyi,ərəblərin zülmü və s. bəhs olunur. "Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. "Od gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. 1928-ci ildə dramaturq "Od gəlini" pyesi ilə tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi.Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.
Od Gəlini
Od GəliniCafer Cabbarlı · 2020134 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.