Ölən Dünyam

İsmail Şıhlı

Ölən Dünyam Reviews

You can find Ölən Dünyam reviews, Ölən Dünyam book reviews, Ölən Dünyam ratings on 1000Kitap.

Score

8.9Out of 10
89 People · 17 Review
192 syf.
8/10 puan verdi
·
Read in 4 days
"Ölən Dünyam"
İsmayıl Şıxlının qələmini oxuyarkən onun gerçək bir Azərbaycan yazıçısı olduğunu məncə hər kəs hiss edir. Böyük Ədibin üz tutduğu mövzular, yaratdığı dialoqlar oxucunu özünə heyran edir. Mill adət-ənənələrimizdən, namusdan, əxlaqdan, özləmlə yad edilən köhnə ailə mühitindən insanı valeh edəcək bir şəkildə danışan İsmayıl Şıxlı "Ölən
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
192 syf.
·
Not rated
·
Liked
·
Read in 47 days
İsmayıl Şıxlı qələmindən ilk kitab idi oxuyurdum, baxmayaraq ki, indiyə qədər onun haqqında olduqca çox dərs keçmişik. Onu deyə bilərəm ki, əsərdən gözləntim olduqca yüksək idi, amma gözlədiyim kimi olmadı. Əsər çox gözəldir, buna söz yox. Ola bilsin, mənim gözləntim həddən ziyadə yüksək idi, ya da əsəri ilk dəfə oxuduğumdan idi ki, məğzini tam anlaya bilməmişəm. Amma yazıçının qələmi o qədər axıcı və uğurludur ki, insanı digər əsərlərini də oxumağa sövq edir. İsmayıl Şıxlının son əsəri olması isə bu kitabı daha da dəyərli qılır mənim üçün. Əsərdəki tarixilik, faktlar həmin dövrün hadisələri çox aydın və təsirli şəkildə işlənilib. Süjet xətti barədə danışmayacam, özünüz oxusanız daha yaxşı olar, mən, əsasən, əsər haqqında hisslərimi yazmaq istədim. Oxuyacaq olanlara xoş mütaliələr
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
Reklam
192 syf.
9/10 puan verdi
·
Liked
"Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm." İsmayıl Şıxlı, o qədər gözəl hekayə anlamağı, ele axıcı dili var ki, nə yazsa maraqla oxuyaram. Əsərdə gözəl Azərbaycanımız, xalqımız və onların başında olan qara buludlar ötən əsrin əvvəllərindəki halında təsvir olunub. Əsərin müxtəlif hissələrində müxtəlif hekayələri olan müxtəlif insanlara toxunur yazıçı. Nişanlısı ilə xoşbəxt olmaq istəyən qız, xalqı maarifləndirmək istəyən gənc müəllim, müstəqil Azərbaycan dövlətində yaşamaq istəyən vətənsevər, insanlara şəfa vermək istəyən həkim kimi fərqli-fərqli obrazların ortaq olan 1 cəhəti var ki, heç biri həyatdan istədiyini ala bilmir. Ədəbiyyatımız gözəldi, oxuyaq oxutduraq.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
192 syf.
1/10 puan verdi
Gözlərəntimin altında bir tarixi roman idi təəssüf ki . Sujet xəttdi qarmaqarışıq, hadisələr ordan burdan yazılıb. Mövzusu maraqlı idi əslində. Daha yaxşı yazıla bilərdi
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
192 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 34 hours
Yazar “Dəli Kür” romanında olduğu kimi bu əsərdə də tarixi,milli-mənəvi dəyərlərə yer vermiş,Azərbaycan Xalq Cümhuriyyəti dövrü və SSRİ-nin ilk illərində kənd əhalisinin gündəlik qayğılarını,yeni hökümətin qurulması uğrunda verilən mücadilə əzmini ön plana çəkmişdir.Paralel şəkildə sovet hökümətinə qarşı çıxmış “Qaçaq hərəkatı” da təsvir edilmişdir.Əsərdə hadisələr çox axıcı və gözlənilməz şəkildə irəliləyir.Roman nəin ki,192 səhifə,700 səhifə belə olsa da,oxucunu özünə çəkmək iqtidarındadır.Tarixi-dram janrında yazılmış romanları sevən oxuculara bu əsəri də oxumalarını tövsiyə edirəm :) P.S. Roman İsmayıl Şıxlının son əsəridir (ölümündən 4 ay əvvəl).Səhhəti ilə bağlı problemlərlə əlaqədar olaraq əsəri həyat yoldaşı Ümidə xanıma diktə etmiş,o isə yazıya köçürmüşdür. Əsərin önsözünü əvəzləyən “Müəllifdən” hissəsindəki yazarın son cümləsi məni çox təsirləndirdi: “Oxucularımdan əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlarım varsa,bağışlamalarını əvvəlcədən xahiş edirəm”…
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
Reklam
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.