Ölən Dünyam

İsmail Şıhlı

Ölən Dünyam Yorumları ve İncelemeleri

Ölən Dünyam yorumları ve incelemelerini, Ölən Dünyam kitabı hakkındaki okur görüşlerini , Ölən Dünyam puanlarını 1000Kitap'ta bulabilirsiniz.
208 syf.
10/10 puan verdi
·
6 saatte okudu
İsmail Şıhlı
İsmail Şıhlı
qələminə heyran qaldığım, əsərlərini sevərək oxuduğum yazıçıların ən mükəmməli İnsanı həyatda arzuları, ümidləri ,gələcək qayğıları və əsasda ailəsi ayaqda tutur . AXC yaranır ,23 ay müstəqil olur . 28 aprel 1920-ci ildə XI Qızıl Ordu tərəfindən hakimiyyət rusların əlinə keçir . Hər yerdə kolxoz və sovxozlar qurulur. Tabe olmayanlar, qolçomaq sinifi ,mədəniyyət xadimləri ailələri ilə birgə sürgün olunur . Ağalar,xanlar bəylər qaçaqçiliq edir ,yerli hökumətə tabe olmaq istəmirdilər . Həsən ağa uğursuz bir günə oyanır. Ələddinə nə qədər qarşı qoysa da onunla birlikdə ova aparır. Əcəl onu çağırdı. Ələddin talehsiz qəzanın qurbanı olur . Bir həftə sonra toyu olacaqdı. İki böyük və zəhmli həm qohum ,həm də düşmən olan nəsil yenidən üz-üzə gəlir. Amma bu dəfə qarşılıqlı razılaşma olur . Sovet dövründə ailə tamamilə məhv olur . Bəziləri sürgün etdirilir,bəziləri buna tab gətirmir və yolda ölür, bəziləri də haqsızlığın qurbanı olur . İllər beləcə keçir . Sonda Söhrab və Həsən ağa çinara kürəklərini dayayıb ayrı qaldıqları illərin xatirələrini Kür qırağında acı-acı yad edirlər P.S İstər " Dəli Ķür" əsrində, istərsə də " Ölən dünyam " əsrində Kür simvolik olaraq yaradılıb. İnsanları bir - birindən ayıran, həsrət qoyan simvoldur
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma
223 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bitdi Yazıçı kitabın nəşrini görməsə də biz oxuyub bir dövrün hekayəsi ilə tanış olmuş oluruq. Başda bir ailənin faciəsi ilə başlayan hekayə hissə-hissə fərqli hekayələri birləşdirir və bir xalqın yaşadığı ağır, izdirablı günləri, illəri əhatə edir.Hekayələr eyni yerə- qaçaqçılık hərəkatının Azərbaycanı əhatə etdiyi dövrə bağlanır. Uzun zamandır tarixi kitab oxumurdum.(“Şükriyyə taleyim”dən bəri) Çox gözəl idi.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0240 okunma
Reklam
208 syf.
7/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitab İsmayıl Şıxlıdan oxuduğum ilk əsər idi. Dili axıcı idi. Yazım tərzi olduqca sadə və başa düşülən,obrazlar və təsvir etmə detaylı idi. Ortalarda kitabın siyasətə çevrilməyi məni yordu. Başda qohumluq əlaqələri məni çaş-baş saldı. Kim kimin nəyidi çox qarışıq gəldi mənə. Oxuduqca anladım. Qaynana obrazı dövrün sərt gerçəyini insanın üzünə
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma
208 syf.
8/10 puan verdi
·
4 günde okudu
https://www.ceylanmumoglu.com/article/ismayil-sixli-olen-dunyam
"Ölən dünyam" romanı "tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının" əsasında qələmə alınmışdır. Əsərdə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Gəncədə rus işğalçılarına qarşı üsyan barədə ilk dəfə bədii səpkidə
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma
208 syf.
10/10 puan verdi
·
7 saatte okudu
Spoiler Alert!!! Bu kitab başlanğıcda ailə məişət üslubunda bir roman təsiri bağışlasa da, içərisində tarixi hadisələr də cərəyan edir. Cümhuriyyət dövründə baş verən mübarizə, xalqımızın dirənişi təsvir olunub. Keçmişdə olan böyük kiçik arasında hörmət, məsafə saxlamaq, Novruz adətləri də xüsusilə qeyd olunub. Sonda Alan adlı itin sədaqəti və insanın vətən həsrəti ilə öz yurdunda haqq dünyasına qovuşmağı çox təsirləndirdi...
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma
208 syf.
8/10 puan verdi
·
4 günde okudu
1920-ci illər Azərbaycanına səyahət
İsmayıl Şıxlının oxuduğum ikinci əsəri. Bu əsərdə
Dəli Kür
Dəli Kür
ilə çox oxşar motivlər(?) var idi. Hər iki əsər də bəhs edildiyi dövrün zehniyəti, mədəniyyəti, düşüncə tərzi, hakimiyyəti haqqında fikir sahibi olmağa imkan verir. Əsərdə xalqın maariflənməsi və ən əsas olaraq da ordu yaradılması məsələsinə yer verilmişdi. İsmayıl Şıxlının istifadə etdiyi geniş lüğət, dilin imkanlarından ustalıqla istifadə etməsi əsəri oxuyarkən mənə böyük zövq vermişdi. Əsərdə məni ən çox təəccübləndirən şərin belə soyuqqanlılıqla qarşılanması idi. Xeyir və şərin bir-birini izləməsini, demək olar ki, bütün əsər boyu müşahidə etdim. İsmayıl Şıxlının əsərlərində mənim üçün unudulmaz obrazlar olur. Bu əsərdə Ömər koxa vüqarın, müdrikliyin və qürurun, Güllü isə dözümün, soyuqqanlılığın və əsl Azərbaycan qadının simvoluna çevrildi.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma
16 öğeden 11 ile 16 arasındakiler gösteriliyor.