Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ölü Mətn

Orhan Fikretoglu

Sözler ve Alıntılar

Tümünü Gör
Insan üsyandır. Onun bütün ömrü büt yaradıb sonra onu qırmaqdır.
Sayfa 18 - Qanun nəşriyyatıKitabı okudu
Ölənlərə xatirə abidəsi qoymaq zəiflərin işidir. Biz ancaq güc olanda tanınacağıq.
Sayfa 76 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Fəhlə mühiti insan hisslərinin üzdə olduğu yerdir. Bu havada heçnə gizlədilmir. Kim necə var elədir. Nifrət də, paxıllıq da sevgi kimi dildə və üzdədir. Burada insanlar paxıllıqlarından utanmırlar. Fəhlə nə müsəlmandır, nə xristiandır, nə də yəhudi. O yaşamaq uğrunda vuruşan, bütün hissləri xirtdəyində olan, dünyadan küskün və dünyanı düşünməyən, səbəbsiz yerə hirsli, işləri alınmayan bioloji gücdür. Ondan nə desən gözləmək olar.
Sayfa 80 - Qanun nəşriyyatıKitabı okudu
Milləti millət edən, onun əlifbasıdır.
Sayfa 81 - Qanun nəşriyyatıKitabı okudu
Dünyada ən gülünc adam artıq çoxdan kəşf edilmiş nəyisə sonradan kəşf edib, bu kəşfinin çoxdan kəşf edildiyini bilməyən adamdır.
Sayfa 11 - Qanun nəşriyyatıKitabı okudu
Ölümünü bilən insanın ən əvvəl səsi ölürmüş. Sonra hələ özü sağ ikən baxışları, hissiyyatı bitirmiş. Belə-belə, insan ölənə qədər ölürmüş. Son anda, ölən quruca, hissiyyatsız can olurmuş...
Sayfa 70 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Hər bir insan ömründə bircə dəfə də olsa üsyan eləməlidir. Heç kimə gücü çatmırsa, ən azı özünü devirməlidir. Yaşamasına, işləməsinə əngəl olan bütləri, onu idarə edən daşlaşmış adətləri qırmalıdır.
Sayfa 17 - Qanun nəşriyyatıKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.