Comments and Reviews

See All
96 syf.
9/10 puan verdi
·
Read in 32 hours
Kapağından İçine Kadar Muhteşem Kitap!
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: ytbe.one/FM7RoOXGSok Hayatımda Azerbaycan Türkçesiyle okuduğum ilk kitap olma unvanına erişen o muhteşem eser... Ölülər! Azerbaycan'la ilişkimizin Eurovision'da birbirimize 12 puan atmaktan öteye geçmesini istediğim için bu aralar Azerbaycan
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
Reklam
96 syf.
7/10 puan verdi
·
Read in 12 hours
Günlərin birində bir nəfər gəlib ölüləri dirildəcəyini vədd edir və millət topluca sorğusuz sualsız bu vəddlərə inanır, hətta bunun uğrunda az qala mənliyindən kimliyindən çıxır, nəyi var hər şeyini qurban verir, hətta ailəsini belə. Əslində əsərin adı satirik məna daşıyır, çünki Cəlil Məmmədquluzadənin bu əsərinin mövzusu ölülərlə bağlı olsa da o əslində gerçək ölülərin yerin altında yox üstündə yaşadığını göstərmək istəyib. Üzərindən bir əsr keçib amma əsər hələ də aktuallığını qoruyur və növbəti illərdə də qoruyacaq.
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
96 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 1 hours
'Ölülər rahat idi. Əsl oyanmalı olan "yaşayanlar" idi.'
Cəlil Məmmədquluzadə poeziyasını da ona görə sevirəm ki, hekayələrində dövrümüz üçün hələ də aktual olan əksər mövzulara toxunur. -Cəlal, bilirsən Sokrat nə deyirdi? +O kimdir? -Sokrat bir adam idi, çoxdanın adami idi, çox çox Çoxdanın adam idi. Sokrat deyərmiş ki, mən dərs oxumamış elə xəyal edirdim ki, dünyada bir zad bilmirəm, amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
96 syf.
·
Not rated
Yenə avamlıq, cahillik nəticəsində baş vermiş faciə.. Elə bilirsiz bugünümüzdə məzarda yatan ölülər, ölüləri diriltmək istəyənlər və kefli Isgəndərlər yoxdur? Heç kəs kefli Isgəndəri adam yerinə qoymurdu, onun sözlərinə qulaq asmırdı lakin sonda həmin insanlar Isgəndərin sözləri qarşısında öz avamlıqlarını başa düşüb utandıqlarından Isgəndərin üzünə belə baxa bilmədilər. Əsl "ölüləri" diriltmək istəyən Cəlil Məmmədquluzadə idi.
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Liked
"Ölülər" əsərində Cəlil Məmmədquluzadə dövrünün insanlarının cahilliyinə, savadsızlığına, geridüşüncəliliyinə öz etirazını bildirir, günümüzdə də aktual olan bir çox məsələyə toxunur. Ölüləri diriltmək adıyla gündə bir qız uşağını özünə qurban edən Şeyx Nəsrullaha Kefli İsgəndərdən başqa etiraz edən, onun hiyləsini başa düşən heç kəs olmur. Düşünəndə ki, dövrümüzdə də qız uşaqlarının erkən evləndirilməsi, söz demək, şəxsi fikir bildirmək haqlarının olmaması bir çox ailədə davam edir ona görə əsər hələ də öz aktuallığını qoruyur. Hər kəs oxuyub dərs çıxarmalıdır deyə düşünürəm. "Ölülər rahat idi. Əsil oyanmalı olan 'yaşayanlar' idi."
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
96 syf.
10/10 puan verdi
·
Liked
Əsərdə müəllif aciz, kasıb və nadan cəmiyyətin tipik mənzərəsini yazıb. Əsərdə qarşı-qarşıya duran iki cəbhədən bəhs edilir: Şeyx Nəsrullah - şər qüvvə, İsgəndər - yaxşı qüvvə. İskəndər qaranlıqda parlayan ulduzdur. O, real vəziyyəti dəqiqliklə qiymətləndirməyi bacaran mübariz bir müdrikdir, lakin cəhalətlə mübarizədə onun yalnız bir silahı var, o
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
96 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 1 hours
Müsəlman ölübə!
"Ölülər" (1909) əsərinin mövhumat əleyhinə yazılması və əhalinin savadsızlığının ön plana çəkilərək,gülüş obyektinə çevirilməsi bizlərə məlumdur.Mən əsərin  az bilinən  tərəflərindən məlumat vermək istəyirəm. Əsərdə bir fəlsəfi ideya da yatmaqdadır."İnsanın üzü bərkdir, hər şeyə alışır"-deyən Dostoyevskiyə sanki XX əsrin
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
96 syf.
9/10 puan verdi
"Xa! Xa! Xa!"
Azərbaycan ədəbiyyatının görkəmli yazıçılarından olan Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri cəhalətlə mübarizənin əks olunduğu möhtəşəm bir əsərdir. Əsərdə kefli İsgəndərlə, milləti "ölüdiriltmə" adı altında ələ salıb hər gün 9 yaşına çatmış bir qız alan Şeyx Nəsrullah üz-üzə durur. Avam kənd camaatı Şeyxə bir peyğəmbər kimi baxdığı vaxtda, İsgəndər onları ələ salır, millətin halına gülür, onlara acıyır. Ölüdiriltmə mərasimi olanda isə kimin diriləcəyi üstündə razılıq əldə olunmur... Səbəbini bilmək üçün əsəri oxumaq lazımdır. Əsər maraqlı və axıcıdır. Həm də təlqin etdiyi fikirlər ibrətamizdir. Tövsiyə edirəm. Xoş mütaliələr)
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0758 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.