Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ölüm Ağacının Kölgəsində

Elxan Elatlı

Ölüm Ağacının Kölgəsində Sözleri ve Alıntıları

Ölüm Ağacının Kölgəsində sözleri ve alıntılarını, Ölüm Ağacının Kölgəsində kitap alıntılarını, Ölüm Ağacının Kölgəsində en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əgər valideyn dünyaya gətirib böyütdüyü övladını sonradan öz əliylə şikəst edəcəksə, onun mənliyini əlindən alıb dünyasını qaraldacaqsa, onda bu cür dünyaya gətirmək və böyütmək qəssabın kəsib ətini satmaq məqsədilə bir quzuya qulluq göstərməsinə bənzəmirdimi?
Sayfa 114 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
Hə, kişi ağlamaz... Ancaq hər bir kişini bu dünyaya gətirən bir ana olur axı. Doqquz ay öz bətnində yetişdirən, doğulandan sonra döşündən süd verən, böyüdüb boya-başa çatdıran ana... Uşaqlığında sənin ən çox möhtac olduğun, sən böyüyəndən, qocalandan sonra sənə ən çox möhtac olan əziz, doğma varlıq. Və deməli hər bir kişi ömründə azı bir dəfə ağlamalıydı. Anası dünyadan köçəndə...
Sayfa 293 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
Reklam
Ölüm,əslində, əbədi yuxuya getməkdən başqa bir şey deyil. Öldünsə,deməli yuxuya getdin və bir daha ayılmayacaqsan. Nə ayılıb bu real dünyanı görəcəksən , nə də öz bədəninin çürüyüb getməsini. Elə hey yuxuda olacaqsan .
Sayfa 118 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
İki bədəndə bir ruh. Əsl məhəbbət elə bu deyildimi?
Sayfa 84 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
İki bədəndə bir ruh! Əsl məhəbbət elə bu demək deyildimi?
Reklam
Sən mənim dünyamsan. Sən mənim hər şeyimsən.
Sayfa 244 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
Adamın həyatda yalnız bir atası olur və onu nə seçə, nə də sonradan dəyişə bilmir.
Sayfa 123 - "Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
Qeyri-maddi varlıq olan insan ruhu iki şey duya bilir: Həzz və Əzab. Cənnət də, Cəhənnəm də real dünyada yox, virtual aləmdədirlər. Deməli,onların yerini - yurdunu axtarmağa dəyməz və əslinə qalsa, insan ruhunun aldığı həzz elə onun cənnətdə, çəkdiyi əzab isə cəhənnəmdə olması deməkdir.
Sayfa 6 - " Elgün" Nəşriyyatı, Bakı-2017Kitabı okudu
Gültay bu evin sahibəsi kimi şikəst olsa və zahirən çirkinləşsə yenə onu sevəcək. Çünki onun bədənini yox,ruhunu, qəlbini, mənəvi dünyasınə sevmişdi və bu dəyərlər bundan sonra nə xəstələnə, nə də şikəst qala bilməzdi.
Sayfa 123 - "Elgün"Nəşriyyatı, Bakı-2017Kitabı okudu
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.