Ölüm Ağacının Kölgəsində

Elxan Elatlı

En Eski Ölüm Ağacının Kölgəsində Sözleri ve Alıntıları

En Eski Ölüm Ağacının Kölgəsində sözleri ve alıntılarını, en eski Ölüm Ağacının Kölgəsində kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İnsanın öz beynindən keçdiyi bir fikir onun üzünü titrədə bilərmiş.
Sayfa 5
Bu saat elə bilirəm ki, dünyanın axırıdır. Yəni, bizim bu günə qədər oxuduqlarımızın, eşitdiklərimizin hamısı yalan imiş? Kimə inanasan bundan sonra? Kimə etibar edəsən? Vallah, adam heç yaşamaq istəmir daha bu ölkədə...
Sayfa 8
Reklam
-Qoy əllərinin qanını yusun, ancaq bununla günahını yuya bilməyəcək.
Sayfa 46
Maraqlıdır, o vaxta kimi evə gəlib-gedən qohumların, tanışların biri də gözə dəymirdi. Telefonları da susmuşdu. Atası bir yana dursun, anasını da itirib-axtaran yox idi. Əvvəllər həyətdə qarşılaşanda Ravinə mehribanlıqla, daha doğrusu, yaltaqlıqla salam verib hal-əhval tutan kişilər, qadınlar indi yanından düz keçir, sanki onu heç görmürdülər. Bu gördükləri Ravin üçün böyük bir həyat dərsi oldu. Deməli, vəzifə deyilən şey bu imiş. Bu gün varsa yaxşısan, böyüksən, güclüdən, ağıllısan, sabah yoxdursa pissən,kiçiksən, zəifsən, axmaqsan. Yəni, doğrudanmı belə idi? Doğrudanmı, bütün ətrafının az qala dahi hesab etdiyi Əlikram Səfərzadə əl boyda bir fərmana atılmış bircə imza ilə heçə dönmüşdü?
Sayfa 28
Özünüz-özünüzlə vuruşmaq əvəzinə düşmənlə vuruşun! Vətənin, millətin namusu uğrunda vuruşun!
Sayfa 49
Lakin kimisə sevmək adamın özündən asılı deyil...
Sayfa 49
Reklam
Lap o qadın barədə dediyin düz olsa belə, bunu deməyə sənin mənəvi haqqın çatmır. Çünki sənin əməlin daha əxlaqsız hərəkətdir. O sadəcə bədənini satıbsa, sən rüşvət almaqla, kiminsə cibini soymaqla mənəviyyatını satmısan!..
Sayfa 80
Onun bu dəli istəyi doğum evində ilk dəfə anasına verilən yeni doğulmuş körpənin südlü ana döşlərini istəməsinə bənzəyirdi. Bu istək, bu sevgi o qədər güclü olur ki, insan böyüyəndən sonra beləsini bir daha yaşaya bilmir. Bəli yaşaya bilmir. Çünki insan böyüdükcə gördüklərinin, bəyəndiklərinin, sevdiklərinin sayı çoxalır, içindəki sevgi paylaşaraq azalır. Seçim çox olduğu üçün kiməsə vazkeçilməz kimi baxa bilmirsən.
Sayfa 84
Eh! Deyirəm, taleyimizdəki oxşarlığa bax!..
Sayfa 114
Əgər valideyn dünyaya gətirib böyütdüyü övladını sonradan öz əliylə şikəst edəcəksə, onun mənliyini əlindən alıb dünyasını qaraldacaqsa, onda bu cür dünyaya gətirmək və böyütmək qəssabın kəsib ətini satmaq məqsədilə bir quzuya qulluq göstərməsinə bənzəmirdimi? Məgər boğazına bıçaq dirənmiş quzu ölməzdən qabaq, neçə ay onu əzizləyib qulluq göstərən, kökəldən qəssaba bu zəhməti üçün minnətdarlıq etməlidir?..
Sayfa 114
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.