Ona Sözleri ve Alıntıları

Ona sözleri ve alıntılarını, Ona kitap alıntılarını, Ona en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sən bir az safsan, hər kəsə, hər şeyə tez inanansan, odur ki,bilirəm, qəlbini qırarlar, üzərlər səni. Elə olanda isə yenidən gəlib mənə sığına bilərsən. "Qəlbində yerim olmasa da rahat ol, başını qoymaq üçün çiynimdə hər zaman sənə yer var"... Çünki sən də məni yaxşı tanıyırsan və bilirsən ki, mən axmaq ümidimi bir an belə itirmədən gəlməyəcəyini bilsəm də səni gözləyərəm...
Bir qadın sev..Makiyajla bəzənməyi deyil, kitab rəfini kitablarıyla bəzəməyi sevən, qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan.Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan. Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan. Bir qadın sev... Çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb aparan, əlləri yarana dəysə məlhəm olan.Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran Bir qadın sev...
Reklam
Məni elə bir eşqlə qucaqla ki, üstüm-başım sən qoxsun...
Altıntı Kitab olsam,oxuyardınmı məni?Gözlərimdə gördüklərinin, dinlədiklərinin altından xətt çəkib, o cümlələri həyatının bir parçasına çevirərdinmi?
Sözlər deyil gözlər güvən verməyəndə bitər bir eşq.
Deyir, dünyada ən şirin şey yuxudur. Ancaq yuxun gəldiyi halda yatmırsansa, deməli, həyatında yuxudanda şirin biri var.
Reklam
75 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.