Cəfər Cabbarlı mənim fikrimcə başqa bənzəri olmayan yazarlardan biridir. Onun ailəsinə, qonşularına, ümumən insanlara davranış şəkli, onlara dəstək olması, məsləhət verməsi, ağır iş yükünün altında əzilib xəstələnməsinə baxmayaraq son nəfəsinə qədər öz sevdiyi işlə məşğul olan Cəfər Cabbarlı Azərbaycan teatr və kino sahələrində öncülük etmişdir. Qələmə aldığı pyesləri hər zaman aktual qalmışdır. Bu kitabı və onun digər seçilmiş əsərlərini oxuyarkən o qədər zövq aldım ki, əlimdən buraxmadan uzun müddət bağladı yazılar məni özünə. Bu xatirə kitabında isə ən sevdiyim hissələr Cəfər Cabbarlının Sona xanıma və övladları Gülərlə Aydına olan səmimi məktubları oldu..