Kitab kiçik həcmlidir, amma çox maraqlı və məlumat dolu bir kitabdır. Kitabda bir çox mövzu haqqında (sevgi, qorxu, eqo, qəzəb, xoşbəxtlik) gözəl məlumatlar var. Xüsusilə "qəzəb" başlığı altında olan məlumatlar mənim üçün çox dəyərli idi. ( təəssüf ki, tez əsəbiləşən biri olduğuma görə)
Mənim fikrimcə, hər kəs oxumalıdır bu kitabı. Çünki səhifələrin sayı nə qədər azdırsa, kitabda olan fikirlərin dəyəri bir o qədər çoxdur. Hər kəsə gözəl mütaliələr! ☆☆
"Ben, beni keşfedersem senin değerini bilirim. Sen, sen olarak ben de ben olarak birlikte yaşamaya ne dersin?"