You can find Övladımızın Gizli Kabusu: Bullinq books, Övladımızın Gizli Kabusu: Bullinq quotes and quotes, Övladımızın Gizli Kabusu: Bullinq authors, Övladımızın Gizli Kabusu: Bullinq reviews and reviews on 1000Kitap.
Bullinq...
Bu sözün adı altında o qədər şey əks olunur ki...
Hal - hazırda bildiyimiz və ya bilmədiyimiz o qədər bullinq hadisələri olur ki, bu kitabla tanışlığım və təsadüfən baş verənlər sadəcə təsadüf olduğuna inanıram.
Dövrümüzdə bütün valideynlərin, müəllimlərin, hətta uşaqların belə bilməli olduğu məsələlərdən biridir.
Bullinqin törədilməsi kiminsə özünü ya üstün görməsi, ya da üstün görməsi nəticəsində əmələ gəlir.
Bullinqdən çıxış yollarının təyini və bullinqlə qarşılaşdığımız təqdirdə hansı vəziyyətdə hərəkət etməli olduqlarımız qeyd olunur...
Xoş oxumalar♡
Bullinq bir şəxsin digər şəxslər tərəfindən görünüşünə, dini və milli mənsubiyyətinə, xarakterinə görə davamlı olaraq alçaldılması prosesinə deyilir ki, bu da uhəm uşaqlar, həm də böyüklər arasında geniş yayılmış bir haldır. Əsərdə həm özü, həm də övladı bullinqə məruz qalmış yazıçı həm bullinq haqqında məlumat verir, həm bullinqə məruz qalmış şəxslərin həyat hekayələrini nəql edir, həm də bullinqin qarşısını almaq məqsədilə müəllim və valideynlərə tövsiyələr verir.
Bəzi fikirlər bir neçə dəfə səsləndirilsə də, əsəri bəyəndim, hər bir valideynin və müəllimin oxumalı olduğu bir kitabdır.