En Beğenilen Ovod Gönderileri

En Beğenilen Ovod kitaplarını, en beğenilen Ovod sözleri ve alıntılarını, en beğenilen Ovod yazarlarını, en beğenilen Ovod yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Mənim bildiyim ən öldürücü bir silah varsa, o da gülüşdür. Biz onları gülüşə tuta bilsək, camaatı onlara onların iddialarına gülməyə məcbur edə bilsək, belə bir hal baş versə, onda qan tökmədən qalib gələ bilərik”
- Əzizim Cemma, görülən işləri dəyişmək üçün Yer üzündə bir üsul mümkün olsaydı, onda keçmiş səhvlər haqqında düşünməyin bir mənası olardı, amma onları ki, düzəltmək mümkün deyil, - qoy onda ölülər ölülərin dərdinə ağlasın. (…) Yadınıza salın, görün sizin sevdiyiniz Şelli nə deyir?! O deyir ki: «Keçmiş - ölümündür, gələcək - sənin!» Nə qədər ki, gələcək sizindir - ondan istifadə edin: keçmişdə tutduğunuz pis bir iş haqqında deyil, gələcəkdə görə biləcəyiniz yaxşı işlər haqqında düşünün.
Sayfa 165 - MartiniKitabı okudu
Reklam
Bu anlaşılmaz,məchul dünyanı qaranlıq bir quyuya bənzətmək olardı
- Yoxsa bu vaxta qədər heç sizin ağlınıza gəlmirdi ki, bu zavallı oyunbazın da bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan qəlbi var? Siz ki hər şeyə belə həssassınız, sizin ki belə gülünc, zınqırovlu paltar geydirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavallı qəlbini yaddan çıxarırsınız, - elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlbi soyuqdan üşüyür, hamının gözü qabağında utanıb xəcalət çəkir, tamaşaçıların istehzası onu bir qamçı kimi parçalayır, onların gülüşü, odda qızarmış dəmir kimi onu yandırır! Bir düşünün: o, aciz-aciz ətrafındakı dağlara, daşlara baxır, bu dağlar nə üçün yerindan qopub onun üstünə tökülmür, onu bu əzab verən insanların əlindən xilas etmir, bu daşların nə üçün yazığı gəlmir, niyə uçub onu öz altında basdırmır! O, siçovullara da həsəd edir: çünki siçovulların yer altında yuvası var, qaçıb orada gizlənə bilərlər! Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin... Mən boş-boş şeylər danışıram... Siz niyə gülmürsünüz? Məzəli söhbətlər sizə təsir etmirmi?
Sayfa 188 - RivaresKitabı okudu
Yolun ortasında atılıb-qalmış bir daşın çox yaxşı niyyətləri ola bilər, lakin onu yoldan kənar etmək lazımdı...
Sayfa 154Kitabı okudu
Mən sizə Allaha inanan kimi inanırdım amma siz mənə bütün ömrüm boyu yalan demisiniz
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.