Ovod Reviews

You can find Ovod reviews, Ovod book reviews, Ovod ratings on 1000Kitap.

Score

9.1Out of 10
746 People · 100 Review
424 syf.
·
Not rated
·
Liked
·
Read in 34 days
gözlənilməyən sonluğu olan kitab...
DİQQƏT SPOİLER VAR. 1k proqramında hamının təriflədiyini görmüşdüm, oxumağa ilk başlayandan ortalarına qədər "şişirdildiyin" düşünürdüm.O kii,Ovodun edamından sonra dəyişdi.Ovodun ölümünə inanmırdım elə bilirdim ki hardansa yenə qayıdıb gələcək,sonda Montanellinin insanlara dedikləri,ürəyi partlaması,Cemmaya gələn məktub,Martinin etirafı bu hissədə artıq diqqət daha çox yönəlirdi kitaba.Ən çox sevdiyim hissədə İsa peyğəmbərin ölümünü Montanelli Ovodun ölməyinə bənzətməsi və dedikləri. Son olaraq MƏN XOŞBƏXT BİR KƏPƏNƏYƏM YAŞASAM DA, ÖLSƏM DƏ... Oxuyun kitabı
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,857 okunma
424 syf.
·
Not rated
·
Read in 11 days
Bitdi Vətənpərvərlik, sevgi, həsrət, qəlb qırıqlığı, iztirab, ata-oğul münasibəti, dostluq, mərdlik, qorxmazlıq, cəsarətin yer aldığı mükəmməl bir əsər. Sevməmək mümkün deyil. "Mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də..."
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,857 okunma
Reklam
424 syf.
·
Not rated
SPOİLƏR
Məktubda imza yox idi, lakin kağızın sonunda hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir parçası yazılmışdı: Mən xoşbəxt bir kəpənəyəm, Ağlasam da, gülsəm də, Yaşasam da, ölsəm də…” Bəlkə də, o, uşaq vaxtı düşündüyü kimi xoşbəxt bir kəpənək ola bilmədi. Üzü də çox gülmədi onun,çünki unutduğu bir şey var idi.Kəpənəklərin ömrü cəmi bir neçə
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,857 okunma
424 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 5 days
Ovod, sən buna layiq deyildin!
Ad günü hədiyyəsi olaraq mənə verilən bir kitabla bu qədər kədərlənəcəyimi, 1 saata yaxın eyni yerə boş-boş baxaraq düşünəcəyimi və hər dəfə xatırlayanda "Belə olmamalı idi!", deyəcəyim təsirli əsər idi. Ovod, Rivares, əsl adı ilə desək, Arthur, Cemma, Montanelli, Rikkardo, Martini və digərləri həyatdan bir örnək idi və hər biri səhv də etdi, onun qarşılığını da qat-qat böyük əziyyətlər çəkərək aldılar. Gözəl əsər oxuduğum üçün bəyəndim, ancaq çox da təsirli idi və bu məni boğdu. Hələ ki Montanelli və Arturun sevgisi hər şeydən daha dəyərli idi mənim üçün. Dünya ədəbiyyatı klassiki olaraq tanınan bu əsəri azərbaycanca oxudum və redaksiyası, tərcüməsi çox pis idi, durğu işarələri və tərcüməni xüsusilə qeyd etmək lazımdır. Əsərin özünü bəyəndim, türk və ya öz dilində bədii gücünün daha çox olduğunu düşünürəm. Azərbaycan redaksiyasında bir qədər bədiilik təhrif olunub. Təsirli əsər olduğu və içində müəyyən qədər şiddət və ağrı, acı səhnələri olduğu üçün 13, 14 üstü yaş kütləsinə uyğun olduğunu düşünürəm. Mənim üçün 9/10 əsərdir.
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,857 okunma
424 syf.
10/10 puan verdi
·
Read in 28 days
Məktubda imza yox idi, lakin kağızın sonunda, hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir yazılmışdı: Mən xoşbəxt bir kəpənəyəm, Yaşasam də, ölsəm də...
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,857 okunma
Reklam
93 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.