Kitab - Bir psixiatrın bir gün gözləmədiyi halda , kimdən gəldiyi bəlli olmayan gül hədiyyəsi alması ilə başlayır.Əvvəldə bu ona heyran olan bir oxucunun göndərdiyi hədiyyə kimi görünsə də sonradan evinə göndərilən adsız məktublar heç də bunun " sadə bir hədiyyə" olmadığını göstərir..Ona sevgisini etiraf edən , ona telefonla zəng edən bu qadın tərəfindən izlənildiyini ve işin getdikcə daha da təhlükəli hal aldığını hiss edir, çünki ətrafda insan cinayətləri başlayır və bunu da edən həmin qadındır..
__________________________________________
Bu yazıçının oxuduğum sayca 3 - cü romanı amma mənə görə ən möhtəşəm olanı idi .Çünki kitabı hər vərəqləyib oxuduqda sanki bol gerilim, bol aksiyonlu bir film izləyirdim .Kitab da hadisələrin gedişatını öncədən təxmin etmək də qeyri - mümkündür.Yazıçı sanki insanın bütün məntiqini ortaya qoyub cavab tapmasını istəyir.Kitabı oxuduqca ağlımıza gələn bütün ssenariləri boş verin , çünki sonluğu insanı təəccübləndirəcək tipdən ..