Bacarmadın, Adəm oğlu, başının üstündən vücuduna bərkidilən ipləri kəsməyə cürətin çatmadı. Kimliyimizdən xəbərsiz sərgərdan ötüşüb keçdik günlərin üstündən. Getdikcə böyük addımlarla sonsuz yolun yolçusuna çevrildik.
Pulu verilməyən fahişələrin nifrəti, kapitalistlərin pula sevgisi, cırıq ayaqqabılarla soyuqda barmaqları üşüyən kimsəsiz uşaqların acıları, eşqdən məhrum edilmişlərin sevgisi, günahsız məhkumların günahlarıyam indi.