Özünə Yaxşı Bax

Ovadya

Özünə Yaxşı Bax Posts

You can find Özünə Yaxşı Bax books, Özünə Yaxşı Bax quotes and quotes, Özünə Yaxşı Bax authors, Özünə Yaxşı Bax reviews and reviews on 1000Kitap.
120 syf.
·
Not rated
·
Read in 5 days
İndiyə qədər motivasiya mövzulu kitab oxuduğum yadıma düşmür. Bu ilk kitabdır deyə bilərəm. İlk və son. Əvvəla bu cür yazıçıdan bu cür kitab oxumaq başqa bir hissdir deyə düşünürəm. Çünki müəyyən qədər hər birimizdə kompleks etdiyimiz qüsurlar olub, olur. Və bu yazıçımız da albinosdur. Vaxtı ilə onun da özü ilə bağlı kompleksi olub. Əslində
Özünə Yaxşı Bax
Özünə Yaxşı BaxOvadya · Üçbucaq Nəşriyyat · 202240 okunma
Son
Özünə yaxşı bax. Özünə yaxşı bax ki, özünü görə biləsən, özünə yaxşı bax ki, həyatdan qopmayasan.
Sayfa 133Kitabı okudu
Reklam
"Hər problem bir hədiyyədir. Onlar olmasa idi, biz böyüməzdik." (Toni Robbins)
Sayfa 104Kitabı okudu
Bəzən insanlar problemi çox böyüdürlər, amma biz ağıllı düşünməliyik ki, problemlərin kiçik olduğunu özümüzə göstərək. Qarşımıza çıxan problemlərin kiçikliyini ilk olaraq özümüzə göstərməliyik ki, bu əhvalımıza və hisslərimizə böyük təsir etməsin.
Hind fəlsəfəsində belə bir mövzu var. Əgər sən indi qəzəblənmisənsə, deməli, içində qəzəbin əksi olan sakitlik hissi də var. Əgər sən indi özünü bədbəxt hiss edirsənsə, sənin içində xoşbəxtlik də var. Həyatın da belədir. Əgər qarşında problemin varsa, onun əksi də var. Bunu daim xatırla. Həmin rahatlığı tap və daha da güclü ol.
Bəzən insanlar nəyəsə gecikdiklərini deyirlər. Hansısa bir arzunu reallaşdırmağa, yeni işə başlamağa, yeni addım atmağa və s. Ancaq zaman anlayışı nisbidir. Bunu unutma. Sən zövq alacağın bir işi niyə etməyəsən. Və ya sənə xoşbəxtlik bəxş edəcək addımı niyə də atmayasan? Gec olduğunu düşünmə. Həyat indiki andır. Əsl real həyata bax. Dünən də, sabah da indiki andan törəyir. İndiki an yaşadığın andır. Sən nəyisə etmək üçün gecikməmisən. Əsl gecikmək indi bunu etməməkdir. Cəsarətli ol.
Reklam
68 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.